Cümhuriyyət Xalq Partiyası parçalanır? - ŞƏRH

"Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasıda (CHP) baş verən hadisələr CHP-nin Türkiyənin siyasi həyatına, onun parlamentindəki yerinə və mövqeyinə təsirsiz ötüşməyəcək. Zaman-zaman Türkiyə siyasi rejimində ayırd ediləcək partiyaların tarixində belə hadisələr yaşanır. Bu gün Cümhuriyyət Xalq Partiyasının(CHP) da həyatında yaşanan hadisələr, əslində bu partiyanın iqtidara və Türkiyənin bugünkü dönəminə, o cümlədən regional dövlət olaraq Türkiyənin ətrafında baş verən hadisələrə münasibətdə fərqli yanaşmadan irəli gəlir və qaynaqlanır". SİA-nın məlumatına görə, bunu açıqlamasında politoloq Elşən Manafov deyib.

Politoloqun sözlərinə görə, təbii ki, baş verən hadisələr CHP-nin siyasi fəaliyyətinə, onun parlamentindəki yerinə və mövqeyinə təsirsiz ötüşməyəcək: "Düşünürəm ki, hər şey partiyanın rəhbərliyində təmsil olunmuş şəxslərin baş verə biləcək hadisələrə münasibətdə sərgilədikləri mövqedən asılı olacaq. Digər tərəfdən CHP-nin ana müxalifət rolunda çıxış etdiyini nəzərə alsaq və qarşıdakı prezident seçkilərində Ərdoğan iqtidarına münasibətdə ən real imkanlara malik siyasi təşkilat olduğunu vurğulasaq, partiyanın tərkibində yaşana bilən hadisələr dolayısı ilə iqtidar partiyasının xeyrinə işləyəcək. Çünki CHP məhz bələdiyyələrə keçirilən seçkilərdə kifayət qədər böyük səslər əldə etdi. Türkiyənin Ankara, İstanbul, İzmir kimi şəhərlərində məhz CHP üstün mövqelərə malikdir".

E.Manafov bildirib ki, bu partiyanın tərkibində baş verə biləcək hadisələr, iqtidar partiyasının lobbiləşdirmə faktorlarını ilə daha dərinə işləyə bilər: "Amma hər şey CHP-nin rəhbərliyində təmsil olunmuş şəxslərin bu hadisələrin qarşısını ala biləcək addımlarından da asılı olacaq. Çünki CHP ciddi maliyyə resurslarına malik olan bir partiyadır. Media imkanları güclüdür, özünün televiziya kanalları var. O cümlədən partiya ilə əməkdaşlıq edən Türkiyənin iş adamlarını da nəzərə alsaq, CHP Türkiyədəki ana müxalifət mövqeyini qoruyub saxlamaq üçün əlindən gələni əsirgəməyəcək”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə