Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaraqoyunlu kəndində inşa edilən yeni məktəb binasının açılışı olub
Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2008-ci ildən inşasına başlanılmış Ağsu rayonunun Qaraqoyunlu kənd tam orta məktəbinın yeni binasının açılış mərasimi keçirilib. SİA-nın rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, 220 yerlik ikimərtəbəli bu bina müasir memarlıq üslubunda tikilib və burada tədrisin yüksək səviyyədə təşkili üçün bütün lazımi şərait yaradılıb. Mərasimdə Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ərəfəsində istifadəyə verilən yeni təhsil ocağının açılışı münasibətilə müəllim və şagirdləri təbrik edib. Ulu öndərin "Təhsil millətin gələcəyidir" kəlamını diqqətə çatdıran Ə.Seyidəliyev Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizdə təhsilin inkişafı üçün göstərdiyi xidmətlərdən danışıb.
O, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlərin görüldüyünü, bu sahədə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın böyük xidmətlərini qeyd edib. Təkcə Ağsu rayonunda son beş ildə 15 yeni məktəb binası istifadəyə verilib. Bu təhsil ocaqlarının 9-u Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib.
Tədbirdə vaxtilə Qaraqoyunlu məktəbinin məzunu olmuş Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Sfariz Səbzəliyev, kənd ağsaqqalı Ağamehdi Alıyev, iş adamı Sədaqət Məmmədov, məktəbin direktoru Rafiq Yolçuyev və digərləri çıxış edib, yeni təhsil ocağını Mehriban xanım Əliyevanın dəyərli hədiyyəsi kimi qiymətləndirib, buna görə Heydər Əliyev Fondunun prezidentinə minnətdarlıqlarını bildiriblər.
Mərasimdə məktəbin məzunu, hazırda "Sobsan" şirkətinin direktoru Cavid Səbzəliyev yeni təhsil ocağına 2 kompyuter dəsti hədiyyə edib.
Sonda rəmzi qırmızı lent kəsilmiş, qonaqlar sinif otaqlarını, fənn kabinələrini, informasiya kabinetini gəzmiş, yaradılmış şəraitlə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB