İlk vaksin Putinin qızına vuruldu Anti-COVİD

Rusiyanın prezidenti Vladimir Putin koronavirusa qarşı ilk vaksinin qeydiyyatdan keçdiyini bəyan edib. SİA TASS-a istinadən xəbər verir ki, Rusiya dünyada vaksin preparatını qeydiyyatdan keçirən ilk ölkədir.

“O, kifayət qədər effektli işləyir, immun dayanıqlığını tənzimləyir və təkrar edirəm, bütün vacib yoxlamaları keçib”, deyə Putin bildirib.

Daha bir maraqlı fakt budur ki, Rusiyanın prezidenti COVID-19-a qarşı hazırlanmış və qeydiyyatdan keçmiş vaksini ilk olaraq qızlarından biri üzərində tətbiq edib. “Qızlarımdan biri özünə bu aşını edib. Bu mənada o eksperimenti keçib. İlk aşıdan sonra onun hərarəti 38, ertəsi gün isə 37 olub vəssəlam”, Putin deyib.

Rusiyanın səhiyyə naziri Mixail Muraşko isə bəyan edib ki, ilk dəfə qeydiyyatdan keçmiş koronavirusa qarşı vaksin özünün effektliyini və təhlükəsizliyini göstərib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...