Asma xəstəliyinin ən önəmli düşmənı siqaretdir

Asma xəstəliyinin ən önəmli düşmənı siqaretdir
"Asma xəstələri siqaretdən uzaq olmalıdır". Bu sözləri Dünya asma xəstəliyi günündə açıqlama verən Dr. Hişam Əlahdab deyib. Onun sözlərinə görə, siqaret çəkilirsə dərhal tərgidilməlidir: "Asma xəstələrinin ən önəmli düşmənı siqaretdir. Bununla yanaşı, ətirli sabun, losyon, şampun, tüstü kimi qoxulu maddələrdən də qorunmalıdırlar. Asma xəstələrinin yataq otaqlarında toz yayan xalça, tüklü yastıqlar olmamalıdır".
Öskürək, xırıltılı tənəffüs, nəfəs darlığı və sinədə sıxılma əlamətləriylə ortaya çıxan asma xəstəliyi, xroniki xəstəlikdir. Ancaq düzgün dərmanlardan istifadə olunsa və qeyd olunan faktlara diqqət edilsə, uzun ömür sürmək heç də qeyri-mümkün deyil. Professor qeyd edib ki, nə qədər bu fikrin əksini müdafiə etsələr də hamiləlik dövründə asma xəstələrinin qəbul etdiyi dərman vasitələri körpəyə ciddi ziyan verə bilər.
Qeyd edək ki, dünən "Dünya Asma Günü" idi.

Bütün xəbərlər Facebook səhifəmizdə