İsrailin müdafiə nazir Ehud Barak, İranın nüvə proqramıyla əlaqədar etiraf edib. SİA-nın məlumatına görə, nazir İranın nüvə bombası istehsal etməyi bacarsa belə, bunun İsrail üçün təhlükə olmadığını bildirib: "İran nüvə silahı istehsal edə bilər, amma bu o demək deyil ki, bomba dərhal İsrailə atılacaq. İsrail də İranın nüvə proqramı mövzusunda xalq arasında çaxnaşma salmamalıdır. Barak onu da qeyd edib ki, İran nə İsrailə, nə də qonşu ölkələrə belə bir təhlükə yarada bilməz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB