Arktika ən isti hava şəraiti hökm sürür

Arktika ən isti hava şəraiti hökm sürür
Arktika güman edildiyindən daha sürətlə əriyir. SİA-nın Rusiya mənbələrinə istinadən verdiyi xəbərə görə, yeni araşdırma göstərib ki, bu, okeanın səviyyəsinin 1,5 metr qalxmasına səbəb ola bilər.

Qeyd edək ki, Ekoloji Monitorinq və Arktikanın Qiymətləndirilməsi beynəlxalq proqramının apardığı tədqiqatın tam mətni yaxın zamanlarda açıqlanacaq. Orada qeyd edilib ki, hazırda Arktikada 1880-ci ildən keçən dövrün ən isti hava şəraiti hökm sürməsi onun əriməsinin sürətlənməsinə səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə