Gəncədə Heydər Əliyevin xatirəsinə həsr olunan elmi konfrans keçirilib
Azərbaycan Dövlət Aqrar Universitetində Heydər Əliyevin xatirəsinə həsr olunan "Davamlı inkişaf və müasir təhsil" adlı elmi praktik konfrans keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, təhsil sisteminin vəziyyəti iki istiqamətdə şərh olunub. İlk olaraq elmin fundamental sahəsinin davamlı inkişaf istiqamətində alimlərin fikir mübadiləsi aparılıb.
Mühazirələrdə bildirilib ki, Azərbaycan təhsil sisteminin beynəlxalq səviyyəyə çatdırılmasında ulu öndər Heydər Əliyevin xüsusi xidmətləri olub. Məhz ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın ali məktəblərinə mütəxəssislər dəvət olunub, eyni zamanda elm xadimlərimiz dünyanın inkişaf edən ölkələrində təcrübə toplaya biliblər.
Qeyd olunub ki, bu gün təhsildə müasir standartları tətbiq etmək üçün birinci növbədə ali təhsil ocaqlarında xarici dilin tədrisinə daha çox diqqət yetirilməlidir. Bu cür yanaşma Azərbaycanın ali təhsil ocaqlarının Avropa və dünyada tanınmasına imkan verəcək.
Müşavirədə Azərbaycan Dövlət Aqrar Universiteti ilə yanaşı, Texnologiya və Gəncə Dövlət Universitetinin ümumilikdə 90-a yaxın bakalavr və magistr heyəti iştirak edib.
Tələbələr elm xadimləri qarşısında alman, ingilis və rus dillərində mühazirələr oxuyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB