Ağacların çiçək açmağa başladığı vaxtda Qərbi Avropada kəskin soyuqlaşma müşahidə olunur. May ayında Qərbi Avropaya daxil olan arktik hava kütlələri Almaniyanın şimalında mövsüm üçün anomal soyuq hava şəraiti yaradıb. Havanın temperaturu normadan aşağı düşüb, hətta Broken bölgəsində buzlaşma müşahidə edilib, temperatur mənfi 4 dərəcəyədək enib. Soyuğa Skandinaviyanın cənubunda formalaşmış siklon səbəb olub. Soyuq havanın hələ bir neçə gün də Qərbi Avropanı tərk etməyəcəyi proqnozlaşdırılır.
Anomal soyuq havanın Azərbaycana təsiri insanlar arasında narahatlıq yaradıb. Soyuq havanın ölkəmizə hansı təsirlər göstərə biləcəyini öyrənmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorogiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu ilə əlaqə saxladıq. Büronun direktoru Umayra Tağıyeva Milli.Az xəbər portalına açıqlamasında insanların narahatlığına heç bir əsas olmadığını bildirdi. Onun sözlərinə görə, Qərbi Avropaya daxil olan soyuq hava kütləsinin Azərbaycana gəlmə ehtimalı çox azdır. Çünki Azərbaycanla həmin ərazi arasındakı məsafə çox böyükdür və həmin hava kütləsinin aşağı temperaturda buraya çatması mümkünsüzdür./Milli.az/

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB