"Ermənistanın məşğulluq siyasəti səmərəsiz və mənasızdır" Tadevos Avetisyan

Ermənistanda yoxsulluğun əsas səbəbləri qalmaqda davam edir və bu, xroniki olaraq yüksək işsizlik, iş yerlərinin olmaması, əmək haqqının azlığı və nəticədə məşğulluq üçün istəyin azlığı, eləcə də yüksək səviyyədə kasıblıqla əlaqədardır. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözlər İqtisadi Tədqiqatlar Bürosunun Proqram Koordinatoru Tadevos Avetisyana məxsusdur.

"Davam edən geosiyasi çətinliklər və yüksək sosial gərginliklər fonunda, COVID-19 virusunun dərinləşən sosial-iqtisadi təsirini və qeyri-müəyyənliyini nəzərə alaraq, dövlətin birbaşa iştirakı və fəal dəstəyi olmadan bu problemləri həll etmək mümkün deyil. Bu tezis Ermənistanın müstəqillik qazandıqdan sonra keçdiyi yol və mövcud sosial-iqtisadi vəziyyətlə təsdiqlənir.
Sadəcə, yoxsulluq heç bir erməninin "istəyi" ola bilməz və ağlı başında olan hər hansı bir erməni, kasıb olmamağa, layiqli bir həyat yaşamağa çalışır.
Ancaq hər kəs hər an, xəstəlik, əlillik, işsizlik, mənzil itkisi, iflas və sair kimi çətin bir həyat vəziyyətinə düşə bilər. Və bu hallarda lazımi dövlət dəstəyi, bu sosial risklərdən adekvat qorunma yoxdursa, o zaman Ermənistanda vəziyyət olduğu kimi də davam edəcək, ölkə əhalisinin dörddə biri yoxsul olaraq qalacaq.
Əslində bu nümunə işsizlərin "günahını" yox, dövlət məşğulluq siyasətinin səmərəsizliyini sübut edir", deyə Tadevos Avetisyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə