Estoniya Suriyanın tərəfini saxladı

Estoniya Suriyanın tərəfini saxladı

Estoniya Avropa Birliyinin Suriyaya qarşı tətbiq etmək istədiyi sanksiyaların tərəfdarı olmadığını bildirib. SİA-nın rus mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə xəbər Estoniya KİV-ində yer alıb. Rəsmi Tallin ötən gün BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Abdelila əl-Xətib Təhlükəsizlik Şurasında çıxışını müsbət qarşıladığını vurğulayıb.

 

Qeyd edək ki, BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi çıxışında bildirib ki, Liviya hökuməti NATO-nun hücumları dayandırılacağı halda, seçki, demokratik və konstitusiya islahatları keçirmək barədə müzakirələr aparmağa hazır olacaq. Eyni zamanda Liviya hökuməti xalqın əsas ehtiyaclarının təmin olunması üçün dondurulmuş hesabların yenidən açılmasını xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə