“Milli Şura”nın qeybətxana şousu: bu dəfə insan ölümünə və karantinə sevindilər FAKT

Milli xainlər yığnağı özü-özünü ifşa etməkdə davam edir!

AXCP və “Milli Şura”nın “zoom toplantı” adı altındakı qeybət şousunun növbəti pərdəsində daha bir rəzil vəziyyət ictimai rəyin diqqətinə çatıb. SİA xəbər verir ki, istər indi, istərsə də daha əvvəlki şoularında xalqı, milləti, dövlətçilik maraqlarını ayaqlar altına alan, bu vasitə ilə düşmənlərimiz qədər sevindiklərini gizlətməyən siyasətbazlar toplumu bu dəfə karantin rejiminin uzanması məsələsində sevinc çığlıqlarını atıblar. Onlar seviniblər ki, əgər karantin müddəti uzanırsa, demək, insanlar işsiz qalacaq, çörək tampayacaq, eyni zamanda, dövlət belə bir çətin vəziyyətdə xalqın qayğısına qalmaq üçün büdcədən vəsaitləri xərcləməyə davam edəcək və s. Yəni fakt budur ki, xalq, millət düşmənləri olduqlarını açıq-aşkar büruzə edən bu yığnaq, hətta ermənilərdən betər düşmənçilik hissi ilə alışıb-yanmaqda davam edirlər.

AXCP, “Milli Şura”, eyni zamanda, onların Qərb ölkələrindəki sözçüləri qismində çıxış edən erməni lobbisinin nökərləri dövlət-xalq həmrəyliyindən, birliyindən daha da azğınlaşaraq, adətən bu birliyi sarsıtmaq üçün yollar axtarırlar

Lakin bu gün hər kəs və bütün dünya bilir, dərk edir ki, koronavirus bəlası yalnız bizə deyil, bütün bəşəriyyətə öz ziyanını vurmaqda davam edir. Hətta ən aparıcı ölkələrin iqtisadiyyatı, sənayesi, büdcələri istər-istəməz zərərlərə məruz qalır, müəyyən sosial problemlər yaranır və dövlətlər həmin problemlərin həlli üçün ilk növbədə xalqla, hətta daxillərindəki müxalifət təmsilçiləri ilə həmrəyliyə gedərək addımlar atırlar.

Söz yox ki, Azərbaycan dövləti və rəhbərliyi pandemiya elan edilən gündən başlayaraq qısa müddətdə bir çox nəhəng sosial layihələrə imza atdı, xalqın, millətin güzəranının normal məcrada qalması yönündə bütün müvafiq profilaktik tədbirləri gördü, qarşıya qoyulan məqsədlərə çatdı. Bu gün Azərbaycan xalqı digər dövlətlərdən fərqli olaraq çətinlikləri ciddi şəkildə hiss etməməklə yanaşı, dövlətinin, dövlət başçısının hər zaman onun yanında olduğunu dərk etdi, anladı.

Lakin özlərini müxalifət adlandıran, lakin müxalifət pərdəsi altında aşkar düşmənçilik edən AXCP, “Milli Şura”, eyni zamanda onların Qərb ölkələrindəki sözçüləri qismində çıxış edən erməni lobbisinin nökərləri dövlət-xalq həmrəyliyindən, birliyindən daha da azğınlaşaraq, adətən bu birliyi sarsıtmaq üçün yollar axtarırlar. Düzdür, onlar hər dəfə uğursuzluqlara düçar olurlar və olduqca, aqressivləşirlər. Bu baxımdan, onlar düşünürlər ki, maddi olaraq da hər birimiz itiririk və son olaraq buna görə dövləti ittiham edəcəyik və s. Ancaq yanılırlar, özü də kökündən! Daha dəqiq desək, əgər karantin rejiminin uzanmasına AXCP-“Milli Şura” cütlüyü sevinirsə, demək ki, onlar sübut edirlər ki, həqiqətən də xaindirlər!

Gəlin, həmin məsələni daha geniş şəkildə şərh edək. Sözügedən qeybətxana şousunda ən çox sevinənlərdən biri və birincisi qurumun koordinasiya mərkəzinin üzvü Gültəkin Hacıbəylidir. Görək o həmin toplantıdakı sevinc çığlıqlarını necə şəhvətlə atıb: “Karantinə görə insanlar narahatdırlar, pulu, yeməyi azalır, dolanışığı çətinləşir, bu da açığı birmənalı olaraq bizə sərf edir”.

Gültəkin Hacıbəyli: “Karantinin uzanması və xalqın güzəranının pisləşməsi, birmənalı olaraq, bizim xeyrimizədir”

Yaxud, “...kimsə yemək almaqda çətinlik çəkir, xalqın güzəranı pisləşir və s., buna sevinmək lazımdır”, deyə şəhvətli çığlıqlarını daha da artıran G.Hacıbəyli əlavə edib ki, “Milli Şura” bu məsələdə maraqlı olmalıdır (?!-R.N.)

“Biz maraqlı olmalıyıq ki, xəstəlik tez çəkilməsin, karantin bir az da uzansın, bizim də əlimizə imkan versin ki, dövlətin yaxasına çökək, hay-küy salaq ki, pul paylayın, əl çəkməyək və beləliklə də, təbliğatımızı davam etdirək. Ona görə də heç narahat olmayın, karantinin uzanması və xalqın güzəranının pisləşməsi, birmənalı olaraq, bizim xeyrimizədir”.

Göründüyü kimi, G.Hacıbəyli öz kirli maraqlarını əldə etmək üçün, hətta insanların koronavirusa daha çox yoluxmasına belə razıdır. Bu düşüncəyə isə yalnız və yalnız düşmən erməni sahib ola bilər. Çünki buna başqa cür ad da vermək olmur…

Rahim Hacıyev: “Heç kim bizi dəstəkləmir”

Qeybət şousunun polyaçisi adını qazanmış Rahim Hacıyev isə, öz “ağıllı” sərsəmliyi ilə şikayət edir ki, onları kimsə dəstəkləmir. “Heç kim bizi dəstəkləmir, kimin nə dostu-tanışı, samballı müxalifətçilər varsa , onları məcbur etmək lazımdır ki, bizi dəstəkləyən statuslar yazsınlar”, deyə bildirir. Maraqlıdır, məgər xalq onlar kimi xainlərə nəyə görə dəstək göstərməlidir ki? Məgər bu adi reallığı dərk etmək istər R.Hacıyev, istərsə də onun yan-yörəsindəkilər üçün bu qədərmi çətindir?!

Eləcə də, qeybətxana şousunun əsas aparıcısı hesab edilən daha bir xalq düşməni – Qənimət Zahid də R.Hacıyevin fikirləri ilə razılaşdığını bildirir və etifaf edir ki, hətta onları dəstəkləyən beş-üç nəfər belə, dəstək üçün öz xoşları ilə heç nə yazmırlar. Ona görə də “boyunlarına yıxmaq” lazımdır ki, yazsınlar.

Qənimət Zahid: “Adamlar özləri öz xoşları ilə yazmaq istəmirlər, gərək boyunlarına yükləyəsən”

Bu fikrin özündə bir çox idbarlıqları göstərmək olar. Avtoritarçılıq, ultra radikalçılıq, anarxiyaçılıq, milli xəyanətkarlıq və xalq düşmənçiliyi, eləcə də digər bu kimi elementlər. Bu baxımdan, Q.Zahidin “Bilirsiniz, adamlar özləri öz xoşları ilə yazmaq istəmirlər, gərək boyunlarına yükləyəsən. Məsələn, Bəxtiyar Hacıyevin boynuna yüklədim yazdı, Nəsimi Məmmədlini yüklədim yazdı”, fikri artıq bu cür də qənaətə gəlməyə zəmin yaradır ki, onlar özlərinə dəstək statusu yazmaq üçün də adamları yükləyirlər, məcbur edirlərmiş. Eyni zamanda, fikir yazan ətrafları hərəsinin bir neçə səhifəsi olan trollardan ibarətdir!

Arif Məmmədovun Avropaya donosçuluq “prizması” insanlara “əzabkeş erməni” təsirini bağışlayır!

Göründüyü kimi, bir müddət əvvəl neftin qiymətinin düşməsinə görə bir-birlərini təbrik edən bu ünsürlər öz məqsədlərinə çatmaq üçün xalqın ən ağır duruma düşməsinə də razıdırlar. Bunlar koronavirusu xalq, dövlət üçün təhlükə deyil, özləri üçün bayram, şadyanalıq hesab edirlər, eləcə də insanların ölümünə, iqtisadiyyatın geriləməsinə, vətəndaşlarımızın maddi təminatının aşağı düşməsinə görə, sözün əsl mənasında, atılıb-düşürlər.

Yeri gəlmişkən, bu “zümrənin”, daha dəqiq desək, yığnağın daha bir əlaltısı, elə Q.Zahidin “Azərbaycan saatı” adlandırdığı, lakin əqrəbləri erməni lobbisinə tərəf işləyən verilişinin tez-tez qonağı olan sabiq səfir Arif Məmmədovun bir fikri diqqətdən yayınmayıb. Bu satqın, dövlət və millət xaini deyib ki, onlar (“Milli Şura” və onun xaricdəki dəstəkçiləri-R.N.) sosial şəbəkələrdə daha aktiv olmalı, Avropaya məlumatları davamlı şəkildə (?!-R.N.) verməlidirlər və s. Yəni donosçuluq xasiyyəti bu yığnağın köhnə xəstəliyidir desək, yanılmarıq. Əbəs deyil ki, qeybətxana şousunda Cəmil Həsənli “beynəlxalq aləmə müraciət” adı altında mətn yazdıqlarını, hətta ingilis dilinə tərcümə olunduğunu da etiraf edib. Ancaq bu məsələdə daha bir sual meydana çıxır. Əgər bu gün pandemiya təhlükəsi bütün dünyanı bürüyübsə, arxalandığınız dövlətlər, təşkilatlar öz işlərini-güclərini atıb, sizin kimi siyasi polyaçilərin, sirk klounlarının “ah-nalələrinəmi”, yoxsa ki, “əzabkeş nağıllarınamı” qulaq verəcək? Səhv edirsiniz quru bəylər və dəyərsiz xanımça G.Hacıbəyli, çox səhv edirsiniz. Səhv edirsiniz ona görə ki, artıq beynəlxalq aləm də sizlərin kim olduqlarınızı yaxşı bilir və xüsusilə son illərdə kimsənin marağında olmamağınız da buna sübutdur. Sizləri pəjmürdə edən və azğınlaşdıran daha bir məsələ isə, Azərbaycan dövlətinin diplomatik uğurlarının erməni lobbisinə qurşaqaltı zərbəsidir. Əgər bu gün erməni aşnalarınızın özləri bunu dövlət səviyyəsində etiraf edirlərsə, demək ki, erməni lobbisi ilə yanaşı, sizlərin də siyasi sonunuz çoxdan çatıb. Son akkordlarınızı isə, məhz Azərbaycan xalqı vuracaq. Çünki Azərbaycan xalqına sizin kimi xain, satqın ünsürlər heç vaxt lazım olmayıb, bundan sonra da olmayacaq. Siyasi zibilxanadakı zibil urnalarınız da artıq çoxdan hazırlanıb, gedib gərəksiz ömrünüzün sonlarını da həmin urnalarda başa vura bilərsiniz...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə