Nazir 12 illik həbs cəzası aldı

Nazir 12 illik həbs cəzası aldı
Misir məhkəməsi keçmiş daxili işlər naziri Həbib əl-Ədli barədə 12 illik həbs cəzası çıxarıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, nazir çirkli pulların yuyulması və qanunsuz mənimsəmələrdə günahlandırıb.

Eks-nazirin işinə Qiza şəhərinin məhkəməsində baxılıb. Misir mətbuatı yazır ki, əl-Ədli ona məxsus torpaq sahələri ilə bağlı maxinasiyalara yol verməkdə günahlandırılıb. Keçmiş nazir isə günahını boynuna almayıb. Lakin bu, nazirin üzləşdiyi yeganə cinayət işi deyil. Belə ki, onu nümayişçilərə güllə atmaqda da günahlandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə