Paşinyan Azərbaycan Prezidentinin diplomatiyası qarşısında həmişə diz çöküb - ŞƏRH

Heç şübhəsiz, hər bir dövlətin aparıcı xarici siyasət onun yaxın və uzaq ölkəlrlə münasibətlərində böyük rol oynayır. Ən əsası isə bu siyasətin mərkəzində ölkənin suverenliyi və ərazi bütövlüyü dayanır. Məhz bu baxımdan da Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin bir nömrəli problemidir. Eyni zamanda, sözsüz ki, hər bir ölkənin inkişafı və xalqın təhlükəsizliyi o ölkənin prezidentinin həyata keçirdiyi uğurlu siyasətin nəticəsində həyata keçirilir. Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevə böyük inam bəsləyir və dövlət başçısının həyata keçirdiyi siyasəti tam dəstəkləyir. Çünki Azərbaycan əhalisi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsini öz firavan və təhlükəsiz həyatında görür və ona görə də xalqımız öz Prezidentinə inanır və dövlət başçısının ətrafında sıx birləşib. Ən əsası isə, bu günkü sabitlik və təhlükəsiz həyat şəraiti, məhz Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan dünyanın ən sabit və təhlükəsiz ölkələrindən biridir.

Lakin Ermənistan və erməni xalqı isə, bu müsbət amillərdən çox-çox uzaqdır. Çünki Prezidentimizin dediyi kimi, işğalçı ölkəyə həmişə oğrular, banditlər rəhbərlik edib. Və işğalçı ölkənin baş naziri Paşinyanın son iki il ərzində hakimiyyətdə olduğu müddətdə etdiyi təxribatları, sərsəm çıxışları bir daha onun faşistlərdən fərqlənmədiyini ortaya qoydu. Ona görə də nə həqiqəti, nə də tarixi faktları saxtalaşdırmaq olmaz. Çünki həqiqət həqiqətdir, yalan isə gec-tez üzə çıxır, tarix də tarixində qalır. Nikol Paşinyan hələ hakimiyyətə gəlməmişdən İrəvan küçələrində təşkil etdiyi mitinqlərdə səsləndirdiyi daşnak şüarları ilə faşistlərdən fərqlənmədiyini ortaya qoymuşdu. Hakimiyyətə gəldikdən sonra da öz sələflərinin siyasətini davam etdirməklə, faşizm ideyalarına sadiqliyini sübut etmiş oldu. Elə Paşinyan Hitlerin yaxın silahdaşı Qaregin Njdeyə ucaldılmış abidəyə haqq qazandırmaqla bir daha faşizm xislətini nümayiş etdirdi. Bunu, işğal olunmuş Azərbaycan torpaqlarının azad olunmaması və hər vəchlə danışıqlardan yayınması da, bir daha Paşinyanın faşistlərdən fərqlənemədiyini göstərdi.

Digər bir fakt isə Paşinyanın babasının nasist hakimiyyəti ilə əməkdaşlıq etməsidir. Göründüyü kimi, faşist elə faşistdir və paşinyanlar kimi. Erməni xalqı da, bütün dünya dövlətləri də Paşinyan hökumətinin yalan vədlərinin boş və mənasız olduğunu artıq anlayır.

“Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək”- dövlət başçımız dəfələrlə çıxışlarında bildirib ki, bu gün Dağlıq Qarabağda hakimiyyəti zəbt etmiş xunta rejimidir və əvvəlki rejimin tör-töküntüləridir: "Onların generalları oğru, onların dırnaqarası “qəhrəmanları” cinayətkar, onların rəhbərləri rüşvətxordur. Keçmiş rejimin nə qədər nümayəndələri həbs olunub, nə qədər axtarışa verilib. Bu, nə deməkdir?! O deməkdir ki, 2018-ci ilə qədər 20 il ərzində Ermənistana cinayətkarlar rəhbərlik ediblər. Onlardan biri indi həbsxanadadır, o birisi isə hələ ki azadlıqda. Halbuki onun da ölkədən çıxışına qadağa qoyulub. Yəni, bir ölkənin müstəqilliyi hələ 30 ilə çatmayıb, ölkənin 20 ili cinayətkarların ixtiyarına buraxılıb. Əlbəttə ki, bu cinayətkar dəstə, cinayətkar rejim yaradıb. O cinayətkar rejim ki, bütün milli azlıqları əzibdir. Orada bir nəfər də olsun milli azlığın nümayəndəsi yoxdur”.

Bu gün həqiqətən də Ermənistan və onun baş naziri Paşinyan Azərbaycan Prezidenti İlham Əliyev kimi bir dahi diplomat rəhbəri və güclü Azərbaycan dövləti qarşısında acizdir və həmişə də məğlub olub, olacaq da! Çünki Ermənistan uğursuz dövlətdir və onların “qəhrəmanları”, generalları oğrulardır, onların ordusu da oğru ordusudur.

Bunu indi Ermənistan xalqı da görür ki, Azərbaycan güclü dövlətdir, güclü də ordusu var. Çünki ölkə Prezidenti, Ali Baş Komandanımızın diqqət və qayğısının müsbət reallığıdır ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Dövlət başçımız bütün görüş və çıxışların bildirib ki, ordu quruculuğu prioritetdir. Xalqımız Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətə inanır aə bu siyasət inəticəsində Azərbaycan mütləq öz torpaqlarını işğaldan azad edəcək, doğma torpaqlarından didərgin düşmüş bütün insanlar geri qayıdacaqlar.

Qaldı ki, son zamanlar özünü azərbaycanlı adlandıran bir qrup xəyanətkar, Avropanın bəzi ölkələrində "mühacir" adı ilə məskunlaşanların Azərbaycan əleyhinə apardıqları "qara piar" kampaniyasına, bu yerdə ataların dediyi kimi, "sirkə nə qədər tünd olsa, öz qbını çatladar". Bu sapı özümüzdən olan baltalar milli kimliklərini unutmuş əxlaqsızlardır. Bu satqınlar Azərbaycana qarşı ermənilərlə çiyin-çiyinə vuruşan bu parazitlərin milliyyəti azərbaycanlı ola bilər, amma Orduxan Teymurxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Vidadi İsgəndərli, Sevinc Osmanqızı, Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli və digərləri pul, var-dövlət toplamaq həvəsi milli kimliklərini unutmuş mənəviyyatsızlardır. Azərbaycan xalqı onların kimliyini bilir və ölkəmizdə sabitliyin, inkişafı istəməyənlərin, milli maraq və mənafelərimizə zərbə vurmağa çalışanların öz niyyətlərini həyata keçirmələrinə heç vəchlə imkan verməyəcək və verilməyəcək də!.

Bu gün hər birimiz istər səngərdə, istərsə də sosial şəbəkələrdə Azərbaycanın haqq səsini ucaltmağı bacarmalıyıq. 2016-cı il Aprel qələbəsi və ondan sonrakı döyüşlərdə və bu günlərdə baş verən Tovuz ətrafında baş verən təxribatlarda düşmənə layiqli cavab və sarsıdıcı zərbələr vurmaqla Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi və əldə etdiyimiz qələbələr bir daha göstərdi ki, Azərbaycan xalqı öz Prezidentinin, Ali Baş Komandanımızın ətrafında daha sıx birləşib və millət olaraq bir yumruq kimi həmrəydir. Bu birlik və həmrəylik isə, qələbədir, uğurdur. O gün uzaqda deyil!

ZƏRİFƏ QULİYEVA,

YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü,

Nəsimi YAP təşkilatı İdarə heyətinin üzvü, “Modern ailə və inkişaf ” İctimai Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...