Abel Məhərrəmov: “Şagird qiymət, qəbul üçün yox, bilik üçün hazırlaşmalı, oxumalıdır”

Abel Məhərrəmov: “Şagird qiymət, qəbul üçün yox, bilik üçün hazırlaşmalı, oxumalıdır”
Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov orta məktəblərin buraxılış və ali məktəblərə qəbul imtahanlarının bir metodoloji müstəvidə birləşdirilməsini təklifi edib. SİA-nın xəbərinə görə, A.Məhərrəmov jurnalistlərə açıqlamasında bildirib ki, həm buraxılış, həm də qəbul üçün proqram tələbləri əsasən eyni olmalıdır ki, orta məktəbləri bitirən şagirdlər təfəkkürlərini və ya biliklərini iki istiqamətdə formalaşdırmasınlar. Onun sözlərinə görə, belə olduqda şagird bilmir hansı proqram üzrə hazırlaşsın.

"Bu da o deməkdir ki, orta məktəblə qəbul prosesi bir-birindən aralanır. Onun tələbləri və orta məktəbin tələbləri metodoloji baxımından başqa formadadır. Tələbinin biliyini müəyyən etmək üçün 3 üsul var-test, şifahi və yazılı üsulu. Adətən orta məktəb şifahi üsulla gəlir və bununla da yekunlaşır. Tələbə 15-16 yaşında iki problemlə rastlaşır-məktəbi bitirsin və necə etsin ki, ali məktəbə qəbul olsun? Orta məktəbin tələbi bir, ali məktəbə qəbulun tələbi isə digər müstəvidədir. Ona görə də xüsusilə 11-ci sinifdə şagirdlərin fiziki sağlamlığına da bu faktorlar çox təsir edir. Nəinki biri digəri tamamlayır, bəzən biri digərini zəiflədir. Bəzən ali məktəbə qəbul olan tələbələrdə çaşqınlıq olur. Biz də üçüncü metadologiyanı tələb edirik və tələbələr də növbəti yanaşma ilə rastlaşırlar. Bunları bir nizam tərəziyə qoymaq mümkün deyil. Bu gənclərin sağlamlığına, onların valideynlərinin narahatçılığına səbəb olur. Bunun arxasında çox faktorlar var. Şagird qiymət, qəbul üçün yox, bilik üçün hazırlaşmalı, oxumalıdır", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə