“Aykakan jamanak”: ““Metsamor” AES-in sonu çatır”

“Aykakan jamanak”: ““Metsamor” AES-in sonu çatır”

Cari ilin 16 may tarixində "Metsamor" Atom Elektrik Stansiyasını beynəlxalq atom enerji agentliyinin idarəçiliyi altında olan OSART komissiyası yoxlamağa gələcək. SİA-nın xəbərinə görə, bu barədə məlumatı erməni mətbu orqanı "Aykakan jamanak" yayıb. Məlumatda deyilir: "Hətta bu sahədə yüksək biliyə malik olmayan bir şəxs bu barədə məlumatı eşidəndə anlamalıdır ki, vəziyyət çox gərgindir. Əgər hər hansı AES-in işinə xitam verilməsinə qərar verilibsə, OSART komissiyası bunu təsdiqləmək üçün həmin AES-ə gedir. Necə ki, Litvada və Bolqarıstanda oldu. OSART gəldi möhürü vurdu və iş bitdi".

 

Xəbərdə həmçinin deyilir: " Energetika nazirliyindəki etibarlı mənbədən verilən məlumata görə, OSART komissiyanın gəlməsi Ermənistan AES-i üçün son ola bilər. Əgər AES-də hər hansı bir texniki problem aşkarlanarsa, birmənalı olaraq atom elektrik stansiyasının fəaliyyəti dayandırılacaq. Bəzi etibarlı mənbələrin verdiyi xəbərə görə, AES-in bağlanmasına digər motivi "siyasi" səbəb ola bilər. Çünki Litva və Bolqarıstan AES-i bağlayanadan sonra Avropa İttifaqının üzvü ola bildilər".

Bütün xəbərlər Facebook səhifəmizdə