Yasamal Rayon İcra Hakimiyyətində Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunan iclas keçirilib
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Yasamal Rayon Təşkilatı Yasamal Rayon İcra Hakimiyyəti ilə birgə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunan iclas keçirib. SİA-nın məlumatına görə, iclasda rayon fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İclası giriş sözü ilə açan YAP Yasamal Rayon Təşkilatının sədri Fikrət İsmayılov iclas iştirakçılarını və qonaqları salamladıqdan sonra vurğulayıb ki, bu günlərdə bütün dünya azərbaycanlıları Ulu öndər Heydər Əliyevin 88-ci ildönümünü qeyd etməyə hazırlaşır: "Bu ad bizim üçün hər şeydən əzizdir. Respublikamızın hazırkı inkişafı, tərəqqisi, dünya dövlətləri arasında lider ölkələrdən biri kimi tanınması məhz Heydər Əliyevin bizlərə miras qoyduğu siyasi xəttin nəticəsində gerçəkləşib. Tarixi proseslərə bələd olan hər bir azərbaycanlı çox gözəl bilir ki, Heydər Əliyev olmasaydı, artıq bu gün dünya xəritəsində Azərbaycan adlanan respublika mövcud olmazdı. Onun Azərbaycan xalqının xilaskarı olması hər birimiz üçün fərəh və qürur mənbəyidir".
Fikrət İsmayılovun çıxışından sonra YAP sıralarına yenicə daxil olan gənclərə partiya vəsiqələri təqdim olunub.
Sonra filologiya elmləri doktoru Nizaməddin Şəmsizadə çıxışında qeyd edib ki, bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı bütün sahələrdə qazandığı fərəhli günlərini yaşayır: "Bütün bu amillər bilavasitə Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya bileti alan bugünkü gənclərimiz söylədiyimiz fikirlərdən, rəylərdən ibrət götürməli, öz gələcək həyat yollarındakı uğurlarını müəyyənləşdirməlidirlər. Çünki bizlər də Ümummilli lider Heydər Əliyevin ideologiyasına əsaslanan bir həyat məktəbi keçmişik. Eyni zamanda, vurğulamaq istərdim ki, Heydər Əliyevin gördüyü əvəzolunmaz işlər o qədər böyük, o qədər nəhəngdir ki, bütün bunları bir ömür fəlsəfəsinə sığışdırmaq olmaz".
Daha sonra söz YAP Yasamal Rayon Təşkilatının sədr müavini, Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədova verilib. Tağı Əhmədov bildirdib ki, Ulu öndərin dahiliklərindən biri də ondan ibarət idi ki, bu böyük şəxsiyyət bütün sahələrdə geniş bilgilərə sahib olmaqla insanları valeh edirdi: "Eyni zamanda, bir nəqliyyatçı kimi deyə bilərəm ki, Ulu öndər Heydər Əliyevin Azərbaycanda gördüyü nəhəng işlərdən biri də nəqliyyat sektoruna aid olub. Məhz 34 kilometrə malik olan Bakı Metropoliteninin 25 kilometrlik məsafəsi Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə çəkilərək istifadəyə verilib".
Tağı Əhmədov çıxışının sonunda daha bir təkliflə iclas iştirakçılarına müraciət edib. O, təklif edib ki, hər il may ayının 10-nun dövlət bayramı və qeyri-iş günü kimi qeyd olunsun.
Tədbirin davamında Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, YAP Yasamal Rayon İdarə Heyətinin üzvü Rasim Nəbiyev, millət vəkili Etibar Hüseynov çıxışlarında vurğulayıblar ki, ölkənin çətin anlarında Azərbaycan inkişaf konsepsiyasını məhz Heydər Əliyev yaradıb. Eləcə də, bütün təzyiqlərə baxmayaraq ölkəmizin neft strategiyasının qurub və buradan gələn gəlirəri qeyri-neft sektoruna yönəldərək, ölkə iqtisadiyyatının inkişaf etməsində nəhəng işlər görüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB