Sarkisyan bizi xanım Dalya Qribauskayteyə şikayət etdi

Sarkisyan bizi xanım Dalya Qribauskayteyə şikayət etdi

"Azərbaycan danışıqlar prosesini pozan, sivil danışıqların kriteriyalarına uyğun gəlməyən bəyanatlarla vəziyyəti gərginləşdirir". SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan ölkədə səfərdə olan Litva prezidenti xanım Dalya Qribauskayte ilə görüşündən sonra jurnalistlərə açıqlamasında deyib. Serj Sarkisyan Azərbaycanın ləngitmə siyasəti taktikası seçdiyini və yeni hərbi əməliyyatlara başlamaq üçün sərfəli məqam axtardığını vurğulayıb: "Biz sülh danışıqlarını davam etdirməyə hazırıq, lakin bunu Azərbaycan da istəməlidir".

 

Qeyd edək ki, Litva prezidenti xanım Dalya Qribauskaytenin Cənubi Qafqaza səfəri cari ilin əvvəlində başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə