NATO aviasiyası Qəddafi ordusuna zərbələr endirib

NATO aviasiyası Qəddafi ordusuna zərbələr endirib

Liviyada keçirilən əməliyyatlarda iştirak edən NATO ölkələrinin təyyarələri mayın 4-də 161 uçuş həyata keçirib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu uçuşlardan 62-si hərbi xarakterli olub. Hava hücumları zamanı altı tank, iki raket qurğusu, bir ZTR və döyüş sürsatı olan beş anbar məhv edilib. Əməliyyatlara NATO komandanlığı rəhbərlik edən gündən, martın 31-dən bəri 5047 uçuş həyata keçirilib. Bunlardan 2042-si hərbi uçuşlar olub.

 

Xatırladaq ki, martın ortalarında Suriyada divarlarda hökumət əleyhinə şüarlar yazan bir qrup məktəbli həbs ediləndən sonra xalq etirazları başlayıb. İnsanlar küçələrə çıxıb onların azad olunmasını tələb ediblər. Çox keçmədən narazılıqlar ölkənin digər bölgələrinə, xüsusən də Latakiya, Baniyas, Xoms və Xama şəhərlərinə keçib. Martın 31-də əməliyyatlara rəhbərlik tamamilə NATO-ya keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə