Obama şahzadə Çarlzı quda olması ilə münasibətilə təbrik edib

Obama şahzadə Çarlzı quda olması ilə münasibətilə təbrik edib

ABŞ prezidenti Barak Obama Uels şahzadəsi Çarlzı oğlunun evlənməsi münasibətilə şəxsən təbrik edib, ailə quran cavanlara ən yaxşı arzularını diləyib. SİA-nın məlumatına görə, bu xəbəri prezident Obamanın mətbuat katibliyi yayıb. Obama may ayı ərzində Böyük Britaniyaya rəsmi səfər etmək niyyətində olduğunu da vurğulayıb.

 

Qeyd edək ki, Obamanın Avropa səfəri mayın 23-25-də gözlənilir. ABŞ prezidenti öncə Fransaya səfər edəcək və "Böyük Səkkizliyin" sammitində iştirak edəcək. Daha sonra Obamanın İrlandiya, Böyük Britaniya və Polşaya səfərləri planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə