İran: “Rusiya və ABŞ nüvə silahının məhv edilməsi üzrə öhdəliklərini yerinə yetirsin”
Nüvə Silahının Qadağan Edilməsi üzrə Təşkilatın İcraedici Şurasının Haaqada keçirilən yığıncağında Rusiya və Amerikanın nüvə silahları ilə bağlı öhdəliklərinin yerinə yetirilməməsi müzakirə olunub. SİA-nın "Fars" agentliyinə istinadən verdiyi xəbərə görə, İranın Nüvə Silahının Qadağan Edilməsi üzrə Təşkilatdakı nümayəndəsi Kazim Həribabadi ABŞ və Rusiyanın qurumun hüquqi normalarına əməl etməmələrindən narahatlığını bildirib.
K.Həribabadi vurğulayıb ki, nüvə silahı olan ölkələr Kimyəvi Silahlar üzrə Konvensiyanın imzalanmasından sonra 15 il ərzində onları məhv etməli idilər. Xatırladaq ki, Nüvə Silahının Qadağan Edilməsi üzrə Təşkilat Kimyəvi Silahlar üzrə Konvensiyanın icraedici orqanıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB