“Ermənilər qorxurlar və başa düşürlər ki, bu təlimlər nə deməkdir” ÖZƏL-MÜNASİBƏT

“Ermənilər qorxurlar və başa düşürlər ki, bu təlimlər nə deməkdir” ÖZƏL-MÜNASİBƏT

“Azərbaycan-Türkiyə birgə hərbi təlimləri bir neçə dövlətləri doğrudan da narahat edən məsələdir. Birinci növbədə qeyd edək ki, hər iki tərəfdə bununla bağlı müqavilə var. Eyni zamanda biz bilirik ki, Azərbaycanın hərbi inkişafında da Türkiyənin böyük rolu var və bu hərbi təlimlərin keçirilməsi də birinci dəfə deyi.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə Rizazadə deyib.

İctimai Birliyin sədri qeyd edib ki, indi erməniləri daha çox narahat edən odur ki, son hadisələrdən, erməni təxribatlarından qısa müddət sonra hərbi təlimlərə başlanıldı.

“Türkiyə ümumiyyətlə tək Azərbaycanda, Qafqazda yox, bütün dünyada hər zaman göstərir ki, terrorçuluq, terror qruplaşmaları məhv olunmalıdır, insanlar sakit və sülh şəraitində yaşamalıdırlar. Dağlıq Qarabağ məsələsində də Türkiyə dəfələrlə öz səsini ucaldıb və deyib ki, qardaş Azərbaycan torpağını erməninin işğal etməsinə izn verilə bilməz və buna mütləq bir cavab olacaqdır. Sadəcə, hər bir çağırışlara riayət edərək biz düşündük ki, bu məsələni sülh yolu ilə həll edə biləcəyik. Lakin, göründüyü kimi ayrı-ayrı təxribatlara Ermənistan əl atır və Tovuz istiqamətində sonuncu dəfə törətdikləri bu təxribat qəti şəkildə pislənməlidir, dünya ictimaiyyəti bunu bilməlidir və erməni artıq başa düşməlidir ki, nəinki susmaq, burada artıq qızğın döyüşlər gedə bilər. Cənab Prezident öz çıxışında dedi ki, gəlsinlər təkbətək görüşək, təkbətək vuruşaq və hamı da bilir ki, təkbətək vuruşda Ermənistan cəmi 10 gün müddətində bütün işğal etdiyi əraziləri boşaltmalı olacaq, daha dəqiq desək həmin işğal etdikləri torpaqlardan ermənilər qaçacaqdılar. Amma bu gizlin deyil ki, Ermənistan ömrü boyu Rusiyanın hesabına Qafqazda məskunlaşıb. Heç xatirimdən çıxmaz ki, istər Putin, istərsə də Medvedyev İrəvanda öz çıxışlarında həmişə bu faktı üstörtülü də olsa vurğulayıb. Vurğulayıblar ki, əgər Rusiya erməniləri bu ərazilərə gətiribsə, Rusiya da arxalarında duracaqdır. Ermənilərin belə bir xüsusiyyətləri var ki, bunları gətirib, bunlara dayaq duran Rusiyaya qarşı da elədiklərini ediblər. Yadımıza salaq ki, hələ Sovet dönəmində Moskvada partlayışlar törədənlər kimlər olubdur? Bunlar erməni terror qruplaşmaları olubdur və açıq da üzlərinə deyiblər ki, biz siz rusları məhv edəcəyik. Yəni onlar düşmən olduqlarını bəyan ediblər ruslara da. Amma baxın görün ki, quyruqları qapının arasında qalan kimi həmən Rusiyaya üz tuturlar və onların parlamentində oturan deputatlardan bir hissəsi Rusiyanı istəməsə də, böyük bir hissəsi etiraf edir ki, bu gün Qarabağın o işğal altında olan torpaqlarının bu vaxtadək onların əllərində qalmasında əsas güc ruslara, rus əsgərlərinə məxsusdur. Yəni, etiraf edirlər ki, Rusiyanın hesabına bu vaxtadək həmin torpaqlar ermənilərin əlindədir.

Düşünürəm, nə qədər Rusiya ermənilərə havadarlıq edəcəksə, dəstək duracaqsa, Türkiyə də buna səssiz qala bilməyəcək. Çünki, təcavüzkar mütləq öz yerini bilməlidir. Ermənilərin isə türklərdən qorxması bu böyük bir tarixdir. Mən özüm bilavasitə İrəvan şəhərində yaşamışam və bunun şahidiyəm ki, 1988-ci ildə bizləri oradan qovanda da erməni qonşularımız deyirdi ki, birdən Türkiyə hücum eləsə, sən öz evində məni gizlədərsənmi? Baxmayaraq ki, bunlar bizi qovurdular, eyni zamanda bizdən də o köməyi istəyirdi ki, birdən türklər hücum eləsə qoruna bilsinlər.

Ermənilər Türkiyənin gücünü çox gözəl bilirlər. Ermənilər bilir ki, onlar bu vaxtadək etdikləri təxribatların cavabını mütləq alacaqlar. Bu gün həmin o Türkiyə-Azərbaycan birgə hərbi təlimləri hər zaman olduğu kimi keçir. Mən hərbi ekspert deyiləm. Amma bir onu deyə bilərəm ki, ermənilər qorxurlar və başa düşürlər ki, bu təlimlər nə deməkdir və ona görə də onlar Rusiyaya yalvaracaqlar. Rusiyaya da yalvarmalıdırlar, çünki onların Qafqazda əmələ gəlməsində, məskunlaşmasında elə Rusiyanın da böyük rolu var.

Ermənilərin özləri də o daşnaklardan şikayət edirdilər ki, onların qırılmasında, məhv olmasında daşnakların böyük rolu var. Çünki, daşnaklar elə öz içlərindən olanları da, onların ideyalarına qarşı gələn erməniləri də məhv edirdilər. Haradasa terror törədən bir dənə Azərbaycan qruplaşması deyə bilməzlər. Varmı belə bir şey? Yoxdur. Amma baxın görün, nə qədər terror aktlarını ermənilərin terrorçu qruplaşmaları həyata keçirib. ASALA kimi bir çox erməni təşkilatları elə yalnız terrorla məşğul olublar dünyanın hər bir yerində.

Ermənilərin dənizdən dənizə xülyaları hələ də davam edir. Amma nə vaxtsa buna son qoyulmalıdır. Ola bilsin ki, nə vaxtsa, Cənab Prezidentin də dediyi kimi İrəvana qədər gedilsin. Çünki, erməni bu vaxta qədər öz yerini bilə bilmədi. Aldığı, əldə etdiyi şeyləri də saxlamaq üçün erməninin o xisləti, onun o təxribatçı mövqeyi ona imkan verməyəcək və sonda onları bax belə bir məhv gözləyir”, deyə İradə Rizazadə bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə