“Müharibə başlasa, Ermənistan üçün daha təhlükəli vəziyyət var” Robert Köçəryan

“Müharibə başlasa, Ermənistan üçün daha təhlükəli vəziyyət var” Robert Köçəryan

Məlum oldu ki, Azərbaycan xalqı sülhə o qədər də hazır deyil. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan "Kanal 5", "İkinci Ermənistan telekanalı" və "Yerkir Media" televiziya şirkətlərinə verdiyi müsahibəsində söyləyib.

Robert Köçəryan öz müsahibəsində Ermənistan hakimiyyətinin son illərdə hər şeyi məhv etdiyini, heç nə qalmadığığı xatırladıb.

“Cəmiyyətimizi nə ilə bəslədik? Xüsusən də Düşənbədən sonra. Danışıq apardığımız konstruktiv bir rəqibimizin olması və birdən sülh yolu ilə həllinə razı olmadıqları təqdirdə Azərbaycan xalqına müraciət edəcəyik. İndi iki ildir davam edən movqedən indi nələr qalıb? Bir şey qalıb ya yox?" deyə Robert Köçəryan erməni cəmiyyətinə sualla ünvanlanıb.

Onun sözlərinə görə, hətta 1991-1994-cü illər müharibəsi zamanı da Moskvada və ya ABŞ-da ermənilərlə azərbaycanlılar arasında belə bir toqquşma olmamışdı.

“İki son dərəcə vacib bir həqiqəti ortaya qoymalıyıq ki, bu gün Azərbaycanda təkcə qisas almaq istəyən bir hökumət yox, qisas üçün çalışan bir xalq var. Və bu iki vəziyyət birləşdikdə, yenidən başlayan müharibənin təhlükəsi daha da artar. Anlamalıyıq ki, artıq xalqa müraciət etməkdən, Azərbaycan hökumətinin konstruktivliyinə ümid bağlamaqdan başqa düstur yoxdur. Bu gün hökumət iki ildir bu mövzuda səhv siyasət yürütdüyünü etiraf etməlidir. Müharibə başlasa iki il əvvəlkindən daha təhlükəli bir vəziyyətin olduğunu qəbul etməliyik", deyə Robert Köçəryan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə