“Dünya dəyişib, regionun güclü dövlətləri öz rollarını təsdiq etmək istəyirlər, bu, qlobal geosiyasi dəyişikliklərin nəticəsidir”. SİA xəbər verir ki, bu sözləri Ermənistanın ikinci prezidenti Robert Koçaryan ölkəsinin televiziyalarına verdiyi müsahibəsində Türkiyənin son dövrlərdəki hərbi-siyasi fəallığını şərh edərkən deyib. Onun sözlərinə görə, Türkiyənin ambisiyaları istər indi, istərsə də 10-15 il əvvəl olduğu kimi ciddi şəkildə dəyişməyib və bu faktorla hesablaşmaq lazımdır.
SİTAT: “Bu, rus bazalarının Ermənistandan çıxması üçün çalışanlara, Rusiya səfirliyi qarşısında etiraz mitinqləri keçirənlərə ciddi messencdir. Bu gün həmin insanlar ayılmalıdırlar və anlamalıdırlar ki, bu nə ilə bağlıdır və ölkədə Rusiyanın, rus bazasının olmaması Ermənistanı hansı nəticələrə gətirib-çıxaracaq. Türkiyə güclü imkanları ilə NATO-nun ən böyük ordusudur”.
Türkiyə və Azərbaycanın Naxçıvanda keçirdiyi hərbi təlimləri məsələsinə gəlincə, Koçaryan qeyd edib ki, orada böyük hərbi güclərin toplaşması Ermənistanı təhlükə altında qoyur və bu təlimləri güclərin nümayişi kimi qiymətləndirib.
“Bu kimi iri miqyaslı təlimlər yalnız təlim xətrinə təlim deyil, regionun bütün ölkələrinə ciddi siyasi siqnaldır. Bu təlimlərin hücumla əvəzlənməsinə inanmasam da, lakin fakt budur ki, belə bir ssenari gözləniləndir”, Koçaryan deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB