Prezident İlham Əliyevin Muğan bölgəsinə səfəri başlayıb

Prezident İlham Əliyevin Muğan bölgəsinə səfəri başlayıb

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Muğan bölgəsinə səfəri çərçivəsində Sabirabad rayonuna gedib. SİA-nın xəbərinə görə, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyevə məlumat verilib ki, hazırda rayonda abadlıq və quruculuq işlərinin növbəti mərhələsinə başlanıb. Bu mərhələdə ulu öndər Heydər Əliyevin abidəsinin yerləşdiyi parkda geniş abadlıq işləri görülmüş, yaşıllıq zolağı salınmış, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə