Rusiya ilə Azərbaycan arasında imzalanmış dövlət sərhədi haqqında müqavilə ratifikasiya üçün Dövlət Dumasına təqdim edilib

Rusiya ilə Azərbaycan arasında imzalanmış dövlət sərhədi haqqında müqavilə ratifikasiya üçün Dövlət Dumasına təqdim edilib

Rusiya prezidenti Dmitri Medvedev Rusiya ilə Azərbaycan arasında imzalanmış dövlət sərhədi haqqında müqaviləni ratifikasiya üçün Dövlət Dumasına təqdim edib. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, iki ölkə arasında razılaşdırılmış quru sərhədi Dağıstan Muxtar Sovet Sosialist Respublikası ilə keçmiş Azərbaycan SSR arasındakı inzibati sərhədlərə uyğundur.

 

Qeyd edə ki, sənəd sentyabrın 3-də Bakıda imzalanıb. Xatırladaq ki, Rusiya ilə Azərbaycan arasında quru sərhədlərinin uzunluğu 284 kilometrdir.

Bütün xəbərlər Facebook səhifəmizdə