"Azərbaycanın hücuma başlamaqda heç bir marağı yoxdur" XARİCİ MEDİA - FOTO
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu təhlükə ilə qarşı-qarşıyadır. SİA xəbər verir ki, "Procurement Nation" Azərbaycan və Ermənistan arasında Tovuz istiqamətində baş verən qarşıdurma ilə məqalə yayımlayıb.
Məqalədə, 12 iyul tarixindən etibarən Ermənistan Silahlı Qüvvələrinin Azərbayacanın Tovuz rayonu istiqamətində hücuma keçməsi barədə və bunun Şərq-Qərb arasındakı ticarət və nəqliyyat dəhlizinin inkişafı üçün çox ciddi təhlükə yaratdığı haqda fikirlərə yer verilib. Bildirilib ki, bu hücum Dağlıq Qarabağ və ya münaqişə xətti ətrafında deyil, Azərbaycanın sərhəd xəttində yerləşən Tovuz rayonu istiqamətində baş verib. Eyni zamanda, bu qarşıdurma 2016-cı ilin Aprel döyüşlərindən bu yana ən ağır döyüş kimi səciyyələndirilib.
Həmçinin, qarşıdurma nəticəsində Azərbaycan Odusunun 12 hərbiçisinin və 1 mülki şəxsin həlak olduğu qeyd edilib. Qarşıdurma nəticəsində yaranan gərginliyin böyük olmasına baxmayaraq Ermənistanın Müdafiə Nazirliyinin verdiyi rəsmi açıqlamaya əsasən, 5 nəfər erməni hərbiçisinin həlak olması təəccüblü dərəcədə az olaraq dəyərləndirilib.
Həmçinin regionda stratejik obyektlərin olduğunu nəzərə alaraq Azərbaycanın hücuma başlamaqda heç bir marağının olmadığı da vurğulanıb. Lakin, Cənubi Qafqazda əsas regional layihələrdən kənarda qalan və heç bir məsuliyyət daşımayan Ermənistan üçün eyni şeyləri söyləməyin mümkün olmadığı əlavə edilib.
Eyni zamanda, məqalədə Azərbaycanın bölgədə həyata keçirdiyi əsas enerji layihələri və digər böyük beynəlxalq layihələrin əhəmiyyəti haqqında da məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB