"Bu şəxslərin Azərbaycanla bağlı heç bir xoş niyyəti yoxdur" ÖZƏL-RƏY
"Azərbaycana qarşı düşmən mövqedə olan ermənilərlə, xaricdə sığınacaq tapan müəyyən ictimai fəalların arasındakı fərqi tapmaq sözün bütün mənalarında çətinləşib; açıq şəkildə ermənilərlə eyni nöqtəyə vururlar...Artıq cəmiyyətə məlumdur ki, son hadisələrə münasibətdə Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İsgəndərli kimi vətən dəllalları utanıb-qızarmadan Azərbaycana qarşı ermənilərlə bir cərgədə yer aldılar, açıq formada düşmənin maraqları ilə tam uyğunluq təşkil edən açıqlamalar verdilər". Bunu SİA-ya Əməkdar jurnalist Elman Babayev deyib.
Onun sözlərinə görə, xaricdə məskunlaşıb ölkəmizə qarşı duranların siyahısı bunlarla bitmir-Arif, Ramiz, Leyla yunuslar, Emin Hüseynov və başqaları da uzun zamandır ki, bütün fəaliyyətlərini Azərbaycana qarşı yönəldiblər: "Bu qəbildən olan şəxslərin hədəfi həmişə, nə yazıq ki, ermənilər yox, Azərbaycan dövləti, hakimiyyəti olub. Və indi də belədir. Bu qəbildən şəxslərin adını çəkib siyahını daha da uzatmaq olar.
Amma məsələnin düşündürücü tərəfi bu “vətənsizlərin” nədən belə bir aşağı yola baş vurub ölkəmizə qarşı düşmənlə işbirliyinə getmələridir. Bu səbəblər sırasında ağla gələn maddi təminatdır. Maddiyata görə Vətəni belə satanın isə əsl azərbaycanlı olması şübhəlidir. Belə olduğu təqdirdə, əsas səbəblərdən biri kimi düşmənlə bioloji bağlılıq məsələsi də ortaya çıxır. Söhbət ondan gedir ki, bu şəxslərin bəzilərinin bir tərəfinin erməni olması barədə tutarlı faktlar açıqlanıb və bunun əksi olan hansısa dəlil ortada yoxdur. Məsələn, mətbuatda hazırda xaricdə məskunlaşıb Azərbaycana qarşı olan paltformalarda xüsusi canfəşanlıq göstərən Arif, Ramiz, Leyla yunusların ermənilərlə bioloji bağının olması yenidən gündəmə gəlib. Arif Yunusun anasının Arşaluys Arsenovna Barseqyan adlı erməni olması və digər faktlar geniş işıqlandırılıb. (https://oxu.az/society/24112). Bunlar təkzib olunmayıb, əksinə adları çəkilən şəxslər Azərbaycanın əleyhinə olan davamlı fəaliyyətləri ilə yazılanları daha da qüvvətləndirməkdədir. Bu fəaliyyət Arif və Leyla yunuslar ailəsinin xaricə köç etməsindən sonra daha da “çiçəklənib”.
Bundan başqa, bir müddət öncə mətbuatda Emin və Mehman Hüseynov qardaşlarının analarının erməni olması barədə yazılar dərc olunub. Fəqət bununla bağlı da qarşı tərəfin əsaslı bir təkzibi olmayıb (https://1news.az/az/news/redaksiyaya-mektub-huseynov-qardaslarinin-anasinin-ermeni-yevgeniya-ovanesova-oldugu-ortaya-cixdi-foto-video) (https://www.aznews.az/news/investigation/256884.html).
Emin Hüseynovun fəaliyyəti Azərbaycan cəmiyyətinə yaxşı tanışdır və bu fəaliyyətdə Azərbaycanın lehinə olan heç nə yoxdur. Onun haqqında indiyə qədər mətbuatda kifayət qədər faktlar işıqlandırılıb. Belə ki, vaxtilə Gürcüstanın İctimai İşlər İnstitutuna (GIPA) oxumağa göndərilərək əsl agent olmaq üçün beyni yuyulan E.Hüseynovun adına sonrakı mərhələdə RATİ adlı təşkilat yaradılaraq qrant dəllalına çevrilməsindən tutmuş, qadın libasında İsveçrə səfirliyində gizlənməsinə, Azərbaycanı tərk edəndən sonra qrant əldə etmək üçün hər cür oyundan çıxmasına qədər faktlar səsləndirilib. Onların üzərində ayrı-ayrılıqda dayanmaq təkrarçılıq olardı. Bircə sözlə ifadə etsək, Hüseynov harda Azərbaycanın əleyhinə işləyən qüvvələr varsa, onların yanında peyda olan, ölkəmizə qarşı işləmək üçün bütün variantlarda istifadəyə yararlı bir şəxsdir. Bunun üçün Hüseynovun Azərbaycan əleyhinə olan tədbirlərdə etdiyi bütün çıxışlara diqqət yetirmək kifayət edir. O, “azərbaycanlılar Dağlıq Qarabağdakı müharibə zamanı erməni jurnalistlərini qətlə yetiriblər”, guya azərbaycanlılar “ermənilərlə sülh şəraitində yaşamaq istəyirlər, amma hakimiyyət bunlara imkan vermir” kimi ifadələrin müəllifidirsə əlavə şərhə yer qalmır. Əslində Azərbaycan vətəndaşlığından imtina edən bir şəxsdən müsbət nəsə gözləmək də yersizdir.
İndi Hüseynov qardaşlarının anasının erməni olması ilə bağlı faktın ortaya çıxması bu fəaliyyətin təsadüfi olmadığını düşünməyə əsas verir. Deyilə bilər ki, kimsə öz valideynini, qohumunu seçmək imkanına malik deyil. Amma erməni ilə bioloji bağı olan şəxslərin fəaliyyətləri ermənilərlə üst-üstə düşürsə, artıq bu arqument keçərsiz olur.
Bir sözlə, Azərbaycanı ləkələməkdə bəzən erməniləri belə arxada qoyan şəxslərin əsl kimliyini cəmiyyət bilməlidir. Axırıncı hadisələr də sübut etdi ki, artıq bu adamların xarici dövlətlərə, qurumlara işləmək fəaliyyəti qabarıq, təhlükəli əlamətləri ilə özünü biruzə verməkdədir. Düşmənin və onlara bağlı dairələrin pul kisəsindən tökülən böyük həcmli vəsaitlərlə ovsunlananlar bilərəkdən, ya da bilməyərəkdən hər mənada dönüb olublar xarici qurumların, xüsusən də ölkəmizə düşmən qüvvələrin adamları.
Bu şəxslərin Azərbaycanı sevməyən qüvvələrdən daxil olan maddi vəsaitlə demokratiya, insan haqları məsələsində ortaya qoyduğu “əzm və cəsarət” heç bir halda ölkənin demokratik inkişafına xidmət etmir. Bu işi görən ictimai fəallardan xarici çevrələr lazım gələndə, özlərinin diqtə etməli olduğu proseslərdə, ekstremal situasiyalarda yaxşıca bəhrələnə bilirlər. Ölkənin demokratik vəziyyətini tənqid etməklə maskalanan bu şəxslərin və onları yönləndirən ayrı-ayrı xarici dairələrin Azərbaycanla bağlı heç bir xoş niyyəti yoxdur. Pərdələnərək ölkəmiz üçün moizə etdikləri demokratiya dərslərinin arxasında Azərbaycanı daha da irəli aparmaq yox, geri çəkmək niyyəti gizlənir.
Bu dairələrin “azərbaycanlı”ların əli ilə idarə etdikləri internet tv-lərin fəaliyyəti də ancaq və ancaq Azərbaycanı nüfuzdan salmağa yönəlib. Şəbəkələşmiş fəaliyyətin arxasından daha qaranlıq məqsədlərin boylanmasını təkcə sadalananlar isbat etmir. Həmin tv-lərdə əksər hallarda çirkin yalanlar və böhtanlar üzərində qurulan kampaniyanın davamlı xarakter alması, bir sıra hallarda bütün əndazəni aşması prosesin Azərbaycan əleyhinə olan qüvvələr tərəfindən yönləndirilməsinin əyani göstəricisidir. Heç bir başqa işlə məşğul olmayan bu şəxslər bəlli dairələr tərəfindən idarə olunur və yalnız Azərbaycanı nüfuzdan salmaq missiyasını yerinə yetirirlər.
Azərbaycana qarşı yaradılan geniş təbliğat şəbəkəsi heç də təsadüfi şəkildə formalaşdırılmayıb. Bu şəbəkənin maraqlı xarici qüvvələr tərəfindən şirnikləndirmə, şübhəli maliyyələşdirmə yolu ilə Azərbaycan dövlətinə qarşı çıxmasını hamı yaxşı başa düşməlidir. İllərdir, fəqrli platformalardan Azərbaycanı ləkələmək üçün çırmananlar, indi isə sosial şəbəkələrdə, internet tv-lərdə cəmləşənlər yeni simalar deyil və onların keçmişləri, siyasi kimlikləri, hansı dairələr tərəfindən idarə olunduqları, bəzilərinin ermənilərlə qohumluqları unudulmamalıdır...".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB