“Türkiyə həmişə olduğu kimi qardaş ölkə saydığı Azərbaycanın yanındadır” ÖZƏL-MÜNASİBƏT
“Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan qətiyyətli siyasətçidir. Türkiyədə Cumhuriyyət qurulduqdan bu yana qardaş ölkə bölgədə hələ bu qədər aktiv olmamışdı. Türkiyə hərbçiləri 10-dan çox ölkədə müxtəlif vəzifələr yerinə yetirirlər. Türkiyə Cumhuriyyət tarixində ilk dəfə olaraq eyni zamanda 3 ölkədə - Liviyada, Suriyada və İraqda hərbi əməliyyatlarda iştirak edir. Bu Türkiyənin artan gücünü gücünü göstərir. Bu zamanın tələbidir. Türkiyə bölgədə aktiv olmasa, bu boşluğu onun rəqibləri və düşmənləri dolduracaqlar.” Bu sözləri SİA-ya açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Mərkəzin rəhbəri xüsusilə vurğulayıb ki, Ərdoğan rəqiblərinə və düşmənlərinə Türkiyə əleyhinə fürsət vermir.
“Rəcəb Təyyub Ərdoğan Azərbaycana istənilən dəstəyi verməyə hazırdır. Bu yalnız söz deyil, əməldir. Türkiyə ordusu Naxçıvana daxil olmaqla Ermənistana və onun arxasındakı güclərə güclü mesaj vermiş oldu. Ərdoğanın bu qərar verildiyi gün açıqlamasını xatırlatmaq yerinə düşər. Ərdoğan dedi ki, Türkiyə Suriyada məzlumların fəryadlarına biganə qalmadı və Liviyada ölkənin qanuni idarəçiliyinin əməkdaşlıq dəvətini cavabsız qoymadı. Onun bu açıqlamasının Azərbaycana aid olan hissəsi belə idi: “Azərbaycandakı qardaşlarımızın işğal altındakı torpaqlarını azad etmək səylərinə də eyni anlayışla dəstək veririk. Hər mübarizə arzu olunduğu nəticəni verməyə bilər, amma mübarizə aparmayan bəri başdan məğlubdur”.
Ərdoğanın bu iki cümləsinin xüsusi əhəmiyyəti var. Ərdoğan bu iki cümlə ilə demək istəyib ki, Türkiyə Azərbaycan ordusunun işğal altındakı torpaqları azad etməsi üçün hərbi əməliyyata başlamasının tərəfdarıdır və bunun üçün istənilən dəstəyi verəcək. Ərdoğan Azərbaycanla bağlı iki addım atmağa da hazırdır. Birincisi, Ərdoğan Azərbaycanla hərbi-strateji müttəfiqliyin gücləndirilməsi məqsədilə yeni saziş imzalamağa hazırdır. İkincisi, şübhə etmirəm ki, Bakının istəyi əsasında Ərdoğan Türkiyənin Azərbaycanda hərbi bazalar yaratmağa da hazırdır. Fikrimcə, haqqında danışdığım bu iki proses artıq başlayıb. Ərdoğanın Türkiyənin Azərbaycanda hərbi varlığına Kremlin mümkün kəskin reaksiyası maraqlandırmır. Ərdoğan üçün önəmli olan Azərbaycanın təhlükəsizliyinin təminatıdır.
Ermənistan Ərdoğanın Azərbaycanla bağlı qərarlarından qorxu içindədir. Ancaq bu o demək deyil ki, Türkiyə bizim əvəzimizə işğal altındakı torpaqları azad etməlidir. Bu işi Azərbaycan ordusu görməlidir. Türkiyə ordusunun Azərbaycanda varlığı isə bizim üçün ona görə vacibdir ki, savaş başlayarsa Naxçıvan və Azərbaycanın tamamı güvənlik altınad olacaq, Türkiyə ordusunun var olduğu Azərbaycanda kimsə bizə arxadan zərbə vura bilməyəcək, xain planlar reallaşmayacaq. İkincisi, Rusiya açıq şəkildə işğalçıya dəstək verərsə, Türkiyə də Azərbaycanla bağlı eyni qərarı verəcək”, deyə Elxan Şahinoğlu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB