Xainlər zümrəsi - Sevinc Osmanqızı, Arif Yunus, Leyla Yunus, Ramis Yunus, Arif Məmmədov, Emin Hüseynov və…
Nə qədər də ağrılı, acılı olsa da, milli heysiyyatımıza, qürurumuza toxunsa da, bir daha təəssüflə qeyd etməliyik ki, son vaxtlar – xüsusilə ermənilərin Tovuz təxribatlarından sonra içimizdəki xəyanətkarlar zümrəsi yenidən fəallaşmağa, baş qaldırmağa başlaıblar. Rellıqdan yanaşarsaq adları, soyadları ani-millilik, milli xainlik, satqınçılıq və s. bu kimi məsələlərdə hallanan, dillər əzbərinə çevrilən ünsürlər həmin addımları ilə bizləri qətiyyən təəccübləndirmirlər. Yəni onsuz da bilən-yaxşı bilir onların kimlər olduqlarını. Ancaq xalqı hiddətləndirən, qəzəbə boğan faktor budur ki, onlar yenə də öz xain xislətlərində qalmağa davam etməkdədirlər. Belələri üçün müqəddəs heç nə yoxdur, bircə amildən başqa – erməni çörəyi, məhz erməni çörəyi onların imtinaedilməz tikələrinə çevrilib.
Yaxud, erməni orkestrinin arxa sıralarında boy-boya verməklə bekvokallıq edən bu zümrə erməni çörəyinə o qədər aludə olub, o qədər tamah salıb ki, artıq həmin çörəyin haramçılığı onların genlərinə qədər işləyib. Misal üçün, əgər bu gün onlara Azərbaycan çörəyi versən, həmin çörəyi nə çeynəyə, nə də uda bilərlər.
Əslində düşmənə işləmək ənənəsinin başlanğıcını qoyan da bu gün onların içlərindədir. Onların bir neçəsi barədə bu yazımda ayrı-ayrılıqda toxunacağam, hamısına isə nə vaxt, nə də zaman yetişər. Çünki faktlar, dəlilillər, sübutlar kifayət qədər çoxdur!
Leyla Yunusun qızı Dinara yazmışdı: “Azərbaycan əsgərləri cəbhədə ölsünlər, qırılsınlar”
Lakin başlayıram Leyla Yunusla onun ərciyəzi Arif Yunusdan. Bu həmin Yunuslardır ki, hətta qanlarında erməni genlərinin mövcudluğu sübuta yetirilib. Bu həmin Yunuslardır ki, bəlli cinayət əməllərinə görə həbs olunarkən onların Hollandiya yaşayan ermənipərəst qızları Dinara Yunus “Odnoklassniki” sosial şəbəkəsində Dağlıq Qarabağ cəbhəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid düşən əsgərlərimizin ruhlarını təhqir edərək, “Azərbaycan əsgərləri cəbhədə ölsünlər, qırılsınlar” şərhini yazmışdı. Yenə də təəccüblü deyil, lakin hiddətləndiricidir. Kimsə unutmayıb ki, “Sülh və Demokratiya İnstitu”nun (“SDİ”) rəhbəri kimi “xalq diplomatiyası” pərdəsi altında ermənilərin sifarişlərini canla-başla icra edənlər bu satqınlar ailəsinin üzvləridirlər.
Leyla Yunus Xocalı şəhidlərinə açıq şəkildə sayğısızlıq göstərərək, siyasi həyasızlıq nümayiş etdirdi, üstəlik güldü və əl çaldı, Emin Hüseynov da onu dəstəklədi...
L.Yunus AXC-Müsavat hakimiyyəti dövründə Müdafiə Nazirliyində yüksək postlardan birini tutarkən onun əsas vəzifələrindən biri də məhz erməni kəşfiyyatına gizli məlumatları ötürmək idi. Bunu ki, siyasətlə maraqlanan bir çox insanlar bilir! Ancaq bu da son deyil.
2018-ci ilin fevralında ATƏT Parlament Assambleyasının 17-ci qış sessiyasında iştirak edən azərbaycanlı deputatlar daim erməni lobbisinə xidmət göstərən və bu gün də öz çirkin və xəyanətkar əməllərini davam etdirən “SDİ” direktoru L.Yunusdan Xocalı qurbanları barədə nə üçün danışmadığını soruşublar. Lakin o, deputatların suallarına doğru-dürüst cavab verməsi yerinə, Xocalı şəhidlərinə açıq şəkildə sayğısızlıq göstərərək, siyasi həyasızlıq nümayiş etdirdi, üstəlik güldü və əl çaldı. Niyə əcəba? Məqsədi nə idi? Onunla eyni masada oturan daha bir xain Emin Hüseynov da həmin sayğısızlığı nümaiyş etdirməklə, özünü ermənilərə sevdirməkdən ötrü L.Yunusun çəpikçalmasına dəstək oldu. Əgər nəzərə alarsaq ki, vaxtilə Bakıda “Eurovision” mahnı müsabiqəsi ərəfələrində erməni təşkilatlarının maliyyə dəstəyi ilə fəaliyyət göstərən bəzi xarici media qurumları üçün “Demokratiya üçün oxu” şüarı altında konfrans düzənləyib, həmin konfransda Azərbaycana qarşı ləkə atmağa çalışan L.Yunus yalnız söyüş söyəndə Azərbaycan dilində danışdığını etiraf edibsə, bu zaman onun Xocalı soyqırımına və orada erməni vəhşiliyinin nəticəsi olaraq həlak olan insanların ruhlarına qarşı göstərdiyi hörmətsizliyindən təəccüblənməyə dəyməz. Onu da xatırladaq ki, məhz həmin konfransda da E.Hüseynov və digər sözdə müxalif mövqeli şəxslər də L.Yunusun yanında əyləşərək, həmin ifadələrini alqışlamışdı. Bu isə sübut edir ki, onların fəaliyyət mənbələri bilavasitə erməni lobbisidir və açıq-aşkar şəkildə bu lobbinin himayəsi, maddi dəstəyi altında ucuz həyatlarını yaşayırlar.
Ramis Yunusun Ermənistanın "Civilnet" kanalındakı erməniçilik faktı
Götürək digər Yunusu, anası erməni olduğu sübuta yetirilən Arifi. Onun Ermənistanın "Civilnet" kanalına Tovuz hadisələriylə bağlı verdiyi müsahibə, heç şübhəsiz, ölkəmiz adına növbəti təxribat vulkanının püskürməsinə rəvac verən addımdır. Bu “adam” açıq-aşkar şəkildə guya azərbaycanlıların “məyus duruma” düşməsini önə çəkməklə kifayətlənmir, üstəlik şəhidlərimizin ruhunu narahat etməkdən belə ar etmir. Məsələn, ən ucuz, ən sərsəm “versiyaya” əl atıb, şəhid generalımız ətrafında ermənilərin əlinə oynayan dezo ilə çıxış edir. Guya ki, xalq generalımızın birinci fəxri xiyabanda dəfn olunmasını istəyirmiş və bu istək olmadığına görə, narazılıq daha da artıb və s.(???!!!-R.R.) Bundan artıq idbarlıq, bundan izafi xəyanət ola bilərmi? İnsan nə qədər vicdansızlığa, rəzilliyə mübtəla olmalıdır ki, bu cür məsələlərlə özünə ermənilər qarşısında xal toplasın!

Sevinc Osmanqızı azərbaycanlıları təhqir etdikdən sonra Sumqayıt hadisələrini də millətimizin üzərinə atır
Bu arada, ən çox danışılan mövzulardan biri də Sevinc Osmanqızının ermənipərəstliyindən doğan məlum ermənişvənçiliyidir. Onun Tovuz hadisələrindən sonra xarici ölkələrdə yaşayan, təhsil alan, işləyən vətənpərvər soydaşlarımızın Ermənistanın işğalçılıq siyasətinə qarşı etirazlarına qara yaxması, təhqir etməsinin ardınca Sumqayıt hadisələrində də günahlandırması artıq bütün hədləri, əndazələri aşıb! Bu xüsusda ABŞ-da yaşayan tanınmış ictimai siyasi fəal Zaur Bayramlı Sevinc Osmanqızının yeni videosu ilə bağlı facebook-da geniş statusla çıxış edib. "Görünür Sevinc Osmanqızının bir neçə gün öncə yayılan və montaj olduğunu, fikirlərinin kontekstindən çıxarıldığını iddia etdiyi məlum videoda söylədikləri ilə ürəyi soyumayıb və ondan 2 gün sonrakı proqramında daha da irəliyə gedərək düşmənləri sevindirəcək, millətimizi üzəcək açıqlamalarda bulunmağa davam edib”, yazılan statusda bildirilir ki, "Sumqayıt hadisələri" kimi tarixə keçən olayların arxasında Sovet kəşfiyyatının da durduğu erməni provokatorlar tərəfindən törədildiyi hər kəsə məlum olduğu halda, Osmanqızı bu qanlı olayı çox rahatlıqla Azərbaycan xalqının ayağına yaza bilir. Sizcə, bu XƏYANƏT deyilmi??? SİTAT: “Azərbaycanın müstəqillik mübarizəsinin ən önəmli dönüş nöqtəsi kimi qəbul edilən 20 yanvar olayının, o vaxtkı Sovet imperiyasının Azərbaycan xalqının müstəqillik mücadiləsini beşikdə boğmaq üçün və eyni zamanda Qarabağın ermənilərə verilməsinin alt yapısını hazırlamaq, millətimizin gözünü qorxutmaq üçün tərkibində xeyli sayda erməni əsgər və zabitlərinin də olduğu qanlı və işğalçı Sovet ordusu tərəfindən bir neçə ay öncədən hazırlanan plana əsasən törədildiyini bildiyi halda bunu 1 həftə öncəyə bağlamağın adı nədir? Guya 13 yanvar tarixində Azərbaycanlıların Bakıda ermənilərin evlərinə soxularaq onları qətl etdiyini iddia etmək və buna görə də 20 yanvarın, yəni Azərbaycan xalqının qətliama məruz qalmasının ZƏRURİ olduğunu söyləmək XƏYANƏT deyilmi???
Heç bir işə yaramayan ATƏT-in Minsk qrupunun ermənipərəst həmsədrlərini rəferans göstərərək onların ağzı ilə "atəşkəsi daha çox pozan tərəfin Azərbaycan olduğu"nu utanmadan söyləyə bilmək XƏYANƏT deyilmi?... Ömrünün xeyli hissəsini Azərbaycanda yaşamasına baxmayaraq hər hansı bir haqsızlığa qarşı istər sözlü, istərsə də yazılı bir cümləsi belə bulunmayan (!) bu "uzaqgörən" jurnalistin "müxalifətçiliyinin" səmimiyyətinə doğrudanmı inanırsınız, ey sözün əsl mənasında səmimi və idealist müxalifətçi dostlarım? Yoxsa bu xanımın Azərbaycanda yaşadığı zamanlarda hər şey güllük-gülüstanlıq idi, haqsızlıq, qanunsuzluq, rüşvət, özbaşınalıq və sairə yoxdu???”
Daha sonra qeyd olunur ki, proqramın 2 qonağından biri olan Ramiz Yunus Los-Anceles və Brüsseldəki olayların aylar öncə Azərbaycan dövləti - Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən planlanıldığını iddia edərkən nə proqramın müəllifi ona bir irad bildirdi, nə də ki, Azərbaycanı idarə etməyə iddialı olan digər qonaq – “Milli Şura”nın sədri professor Cəmil Həsənli: “Hətta dəstək belə oldular. Demək belə çıxır ki, 12 iyulda Tovuzda ermənilər atəşkəsi pozaraq bizim sərhədimizə hərbi təcavüz etməyiblər, biz özümüz-özümüzə hücum etmişik və yaxud biz ermənilərə hücum etmişik. Ramiz Yunusun iddiasına görə sən demə Los-Anceles və Brüsselin erməniləri də Azərbaycan dövlətinin təlimatı ilə oturub-dururlarmış və elə hər iki şəhərdə də Azərbaycanın təlimatı ilə bizim söydaşlarımıza vəhşicəsinə hücum edərək yaralayıblar.
Bütün bunlar aylar öncədən "Azərbaycan tərəfindən planlaşdırılıb" axı...
Ramiz Yunusun anasının erməni millətinə mənsub olması əlbəttə ki, R.Yunusun suçu deyil və o, buna görə məsuliyyət daşımır. Amma proqramda səsləndirdiyi və ermənilər üçün göydəndüşmə olan bu axmaq iddialar üçün isə ən azından mənəvi məsuliyyət daşıyır. Son olaraq, edilən bu qədər sinsi xəyanətləri görərək dilə gətirən minlərlə, onminlərlə vətənpərvər soydaşımızı troll sürüsü adlandırmaq, onlara "vətənşüvən" demək, elə o "vətənşüvən" söz birləşməsində yerindən çıxardaraq yerinə "vətən"i qoyduqları sözün elə ən böyüyü olmaq demək deyilmi???"
Arif Məmmədov – Ermənistan aşiqi və Azərbaycan düşməni!
Tez-tez Qənimət Zahidin “Azərbaycan saatı”na və ya Sevinc Osmanqızının canlı yayımlarına çıxaraq ağzına və ağlına gələn əfsanələri zorla ictimaiyyətə sırımağa çalışan sabiq diplomat Arif Məmmədovun da ermənilərlə iş birliyi dəfələrlə sübuta yetirilib. Halbuki, zamanında Azərbaycan hakimiyyəti ona müxtəlif nüfuzlu beynəlxalq təşkilatlarda – AŞPA-da, ATƏT-də, İƏT-də dövləti təmsil etmək imkanı yaratmışdı və o, uzun illər bu iqtidarın çörəyini yeyib, suyunu içərək, xarici ölkələrdə diplomat statusu altında yaşamını təmin edirdi. Amma sonra nə oldu? Arif Məmmədov anidən Qərbdə fəaliyyət göstərən və birbaşa erməni lobbisinin maddi dəstəyi ilə fəaliyyət göstərən anti-Azərbaycan xarakterli siyasi çevrələrin əlaltısına çevrilərək dönüb oldu Azərbaycan dövlətinin və xalqının düşməni. Çünki o, dövlətinin ona verdiyi çörəyi ayaq altına ataraq, düşmən çörəyini daha üstün tutdu. Yumşaq ifadə etsək, demə A.Məmmədovun çörəyi elə dizinin üstündəymiş, hər ayağa qalxanda düşürmüş ayaqlar altına. O, bunu Azərbaycan xalqını təhqir edərkən, vəhşi adlandırarkən növbəti dəfə sübuta yetirdi!
Ancaq onun Vətənə, dövlətə nifrəti uzun illər öncəyə təsadüf edir. Hələ diplomatik korpusda işləyərkən həmin bu A.Məmmədov Vətənində, xalqı arasında yaşamağı özünə qəbahət bilmişdi. Daha doğrusu, bir neçə günlük Bakıya, Azərbaycana gələrkən bu cür fikir bildirmişdi. SİTAT: “Təxminən 20 ildir Avropada normal adamlar sırasındayam... 3 gün Bakıda oldum və artıq qocaldım...”. Gördüyümüz kimi, bu nacinslik nümunəsi hələ səfir işlədiyi vaxtlardan bu millətə, bu xalqa aşkar qənimə, düşmənə çevrilmişdi – avropalıları normal, azərbaycanlıları isə anormal hesab edirmiş satqınlıq simvolu. Məgər bundan da artıq sübuta ehtiyac varmı??? Yoxdur əlbəttə ki. Ona görə yoxdur ki, bu adamın açıq-aşkar ermənilərə dəstək göstərməsi özü-özlüyündə hər şeyi bütün çılpaqlığı ilə ortaya qoymaqdadır.
Sonda isə, dəyərli oxucularımıza bu ünsürlərin ermənipərəstliklərini bir daha sübuta yetirən faktlarını linklər vasitəsi ilə təqdim edirik. Qoy millət bir daha gözünü açıb-görsün ki, onlar və onlara dəstək göstərən ünsürlər bu xalqın, bu dövlətin nə qədər qatı düşməni və ermənilərdən artıq ermənilərdirlər. Onlar Ermənistanın siyasi orkestrinin bekvokallarıdırlar, yəni züytütanları. Amma gec, ya da tez bilməlidirlər ki, cavab verəcəklər, hər şeyə görə!
Rövşən RƏSULOV
P.S. Biz hələ Məhəmməd Mirzəlinin, Orduxanın, Vidadi İsgəndərlinin, Tural Sadıqlının və başqalarının Azərbaycanlıları təhqir etmələrini, erməni aşnalarına xoş gəlməkdən ötrü min-bir oyundan çıxmalarınıda buraya əlavə etsəydik... Hər halda, şəkillər, faktlar artıq özü-özlüyündə hər şeyi sübuta yetirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB