Ermənistanda etiraz aksiyası keçiriləcək

Ermənistanda etiraz aksiyası keçiriləcək
"Facebook" sosial şəbəkəsində yaradılmış xüsusi qrup mayın 6-da Yerevanda fasiləsiz etiraz aksiyasına başlamağa hazırlaşır. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, qrup üzvləri Azadlıq meydanında oturaq aksiya keçirmək fikrindədir.

Qrupun təşkilatçısı Arman Antonyan bildirib ki, aksiyanın məqsədi siyasi məhbusların azad edilməsinə nail olmaqdır. Artıq qrupa 200-dən artıq şəxs üzv olub və onlar aksiyada iştirak edəcəklərini bildirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə