Yeni nəsil kompüter-monoblokları təqdim edilib

Yeni nəsil kompüter-monoblokları təqdim edilib
Apple şirkəti yeni nəsil iMac kompüter-monobloklarını təqdim edib. SİA-nın məlumatına görə, dörd nüvəli ən son model Inter Core i5 prosessoru, AMD Radeon HD videokartları ilə təchiz olunmuş yeni monobloklar dörd baza versiyasında təqdim olunacaq: iki modeldə ekranların diaqonalı 21,5 düym, digər iki modeldə isə 27 düym təşkil edəcək.
Belə ki, Apple yeni nəsil monobloklarda ekranın ölçülərində dəyişiklik etməyib. Yeni iMac kompüterində 4 qiqabayt həcmli operativ DDR3 yaddaşı olacaq.
Sifarişə əsasən bu göstəricini 16 qiqabaytadək artırmaq olacaq. Həmçinin kompüterlər FaceTime video zəngləri üçün daha da təkmilləşdirilmiş kameralarla təchiz olunub. Yeni nəsil iMac-da əvvəlki kimi 500 qiqabayt həcmli sərt disklər quraşdırılacaq.
iMac-in ABŞ-da qiyməti 21,5 düym ekranlı, 2,5 qiqahers Core i5 prosessorlu və 500 qiqabaytlıq sərt diskli modelə görə 1199 dollardan başlayır. Dörd baza modelindən ən bahalısı isə 1999 dollara satılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə