“Ölkə böhran içindədir, rəqəmlərin saxtalaşdırılması davam edir” Edmon Marukyan

“Ölkə böhran içindədir, rəqəmlərin saxtalaşdırılması davam edir” Edmon Marukyan

"Statistik rəqəmlər saxtalaşdırmaqda davam edir." SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu sözləri "Parlaq Ermənistan" partiyasının lideri Edmon Marukyan, Ermənistanın Statistika Komitəsinin dərc etdiyi göstəriciləri şərh edərkən deyib.

"Ermənistan Respublikası Statistika Komitəsi tərəfindən dərc edilmiş, 2020-ci ilin birinci yarısındakı sosial-iqtisadi vəziyyətin icmal məlumatları, böhran içərisində olan Ermənistana aid deyil. Həmin məlumatlara görə, iqtisadi geriləmə 4.7%, sənaye istehsalının həcmi 1,5% artmış, ümumi kənd təsərrüfatı istehsalının həcmi 1.7% artmış, tikinti 23,4%, dövriyyə 11,1%, xidmətlərin həcmi (ticarət xaric) 6.4%, ixrac 6.5%, idxal 12.9% azalıb.

Bunlar, dərc edilmiş məlumatlar rəsmi məlumatlardır, amma bu rəqəmlərə inanmıram. Çünki ölkə dərin iqtisadi böhran içərisindədir və bunun nəticələri, göründüyü kimi, bu rəqəmlərdə əks olunmur. Buna görə açıq şəkildə deyirəm ki, rəqəmlərin yenidən saxtalaşdırılması davam edir", deyə Marukyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə