Çeçenistanda Əl-Qaidənin yüksək səviyyəli üzvü öldürülüb

Çeçenistanda Əl-Qaidənin yüksək səviyyəli üzvü öldürülüb
Çeçenistanda Əl-Qaidənin yüksək səviyyəli üzvünün Rusiya təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyü bildirilir. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, Rusiya rəsmiləri bildiriblər ki, Kürd Abdulla kimi də tanınan Dogər Sevdət Şimali Qafqazda təhlükəsizlik qüvvələrinə və ictimaiyyətə qarşı terror hücumları təşkil edilməsi və həyata keçirilməsini planlaşdırıb. Rəsmilər Sevdət və Dağıstandan olan digər yaraqlıların Rusiya təhlükəszilik qüvvələrinin keçirdiyi xüsusi əməliyyat zamanı öldürüldüyünü bildirib. Sevdətin Türkiyə pasportunda Azərbaycana, Gürcüstana və Pakistana vizaların olduğu deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə