Çeçenistanda keçirilən əməliyyat zamanı "Əl-Qaidə" nümayəndəsi, Şimali Qafqazda terror aktlarının baş koordinatoru Abdulla Kurd öldürülüb. SİA-nın rus mətbuatına istinadən verdiyi məlumatına görə, Abdulla Kurdün Şimali Qafqazda dinc sakinlər və milis əməkdaşlarına hücum etməsi, öldürülməsi ilə nəticələnən çoxsaylı terror aktlarında iştirakı ehtimal olunur.
Qeyd edək ki, Çeçenistana 1991-ci ildə Pankis dərəsindən keçərək gələn "Əl-Qaidə"-nin nümayəndəsi uzun müddət Abu-Xavs, Xəttab və Abu-əl-Validin rəhbərliyi altında əməliyyatlarda iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB