Ermənipərəstliyin buynuzu olmur ki… ANALITIK + FAKT

Ermənipərəstliyin buynuzu olmur ki… ANALITIK + FAKT

Yaxud, kor-kor, gör-gör reallığından baxış

Avropanın müxtəlif ölkələrində yaşayan, çalışan və təhsil alan soydaşlarımızın milli vətənpərvərlik ruhundan çıxışlar edərək, Ermənistanın işğalçılıq və təcavüzkar siyasətinə qarşı etiraz səslərini ucaltması ermənilərin özlərindən daha çox, erməni lobbisi ilə iş birliyinə gedən, erməni maraqlarının müdafiəsi vasitəsi ilə kirli pullar – qrantlar və s. vəsaitlər əldə edən sapı özümüzdən olan baltaları ciddi şəkildə narahat etməyə başladı. Əgər xarici ölkələrdə yaşayan ermənilər soydaşlarımıza qarşı sanki vəhşiləşmiş çaqqal sürüləri kimi – birinin üzərinə on-on beş nəfərlə hücum edib, xəsarətlər yetirirdilərsə, milli xainlər daha betərini etməkdədirlər.

Onlar atdıqları hər bir kirli addımlarına görə məhz Azərbaycan xalqı qarşısında cavab verməlidirlər

Başda Sevinc Osmanqızı, Qənimət Zahid, Vidadi İsgəndərləri və sairləri olmaqla onlar xalqımıza, dövlətçilik maraqlarımıza, milli ruhumuza qarşı ermənidən betər erməniçilik xislətləri sərgiləməklə sübut etdilər ki, artıq belələrinə qarşı hüquqi qiymət verilməli, onlar atdıqları hər bir kirli addımlarına görə məhz Azərbaycan xalqı qarşısında cavab verməlidirlər.

S.Osmanqızının millətimimizi “vətənşivən” adlandırıb, erməniləri “sivil” kimi görməsi, V.İsgəndərlinin əlinə silah alaraq, onu Azərbaycan dövlətinə və hakimiyyətinə qarşı çevirəcəyini deməsi, Q.Zahidin hətta qardaşı oğlunun ermənilər tərəfindən vəhşicəsinə döyülməsinə rəğmən, bu hadisəyə susqun davranması və bu kimi digər bənzər hallar özü-özlüyündə hər şeyi bütün çılpaqlığı ilə ictimai rəyin diqqətinə çatıb. Əlbəttə ki, xalqımız da bu ünsürlərin “hansı yuvanın quşları” olduqlarını bir daha təsbit etmiş oldular.

Yeri gəlmişkən, bu məxluqların hər birinin ayrı-ayrılıqda psixiki pozuntularının olması şübhələri də demək olar ki, reallığa çevrilməkdədir. Erməni pulu-parası, düşmən ağuşunda bəslənmələri onların gözlərini və hisslərini o qədər kor edib ki, artıq ümumiyyətlə, azərbaycanlı olduqlarını unudublar.

Sevinc Osmanqızının həkimi olmuş Firdovsu İbrahimov: “Sevinc ciddi psixi çaxnaşma içində olan biri idi...Xarakterdə parçalanma və hezeyanlar yaşayan biridir...”

SİA xəbər verir ki, bu arada, sosial şəbəkələrdə S.Osmanqızının həkimi olmuş Firdovsi İbrahimov onun son erməni mövqeyindən çıxışına münasibət bildirib.

O, facebook hesabında yazır: “Dəyərli Həmvətənlərim. Hər biriniz kimi Sevinc Osmanqızının çıxışını axıra kimi dinlədim. Vicdanım qarşısında yazmaq məcburiyyətində qaldım. Belə bir çıxışı ancaq bir erməni etsəydi təəccüb etməzdim.

Ama Sevincin çıxışına da təəccüb etmədim. Sizdən fərqli olaraq onu Bakıda yaşayarkən bir həkim kimi çox yaxşı tanıyırdım. O zaman bir həkim kimi onun davranışları və ən əzizlərinə olan davranışlarına çox təəccüblü qalmışdım. Zamanla bütün daşlar yerinə oturarmış.
Nəticə olaraq Sevinc ciddi psixi çaxnaşma içində olan biri idi. Psixiatrlar yaxşı bilirlər. Xarakterdə parçalanma və hezeyanlar yaşayan biridir. Bu qərarlarına görə də daha Bakıda yaşayırkən öz ən yaxın əzizində də fəlakətə səbəb oldu.

Nəticə olaraq Sevincin davranışı məndə təəccüb yaratmadı. Çünkü belə adamlar çox asanlıqla düşmən ölkələrin xarici kəşfiyyatının əlində çox ucuz oyuncağa çevrilirlər. Belələrini çox ucuz və çirkin kampaniyaları üçün istifadə edirlər. Zaman keçdikcə manqurtlaşan sevincin bir gün öz atasını da suçlamasını görsəniz təəccüb etməyin”.

ABŞ-da yaşayan müxalif jurnalist İsmayıl Cəlilov: “Azərbaycan imicinin bandit, xuliqan olduğunu təsbit etməkdən ötrümü savaşdınız", deyir. Buna diqqət çəkirəm: 50 nəfər 3,000-5,000 adam tərəfindən döyülürsə, məgər, bu 50 nəfərə "bandit, xuliqan" gözü ilə baxılırmı? Kim belə baxır? Sevincmi?”

ABŞ-da yaşayan müxalif jurnalist İsmayıl Cəlilov Sevinc Osmanqızının video-çıxışına münasibət bildirib. O statusunda yazıb ki, S.Osmanqızı yalnız özünə və ona havadarlıq edənlərə xoş olmaq üçün montajlar edib: "Osmanqızı kanalındakı artıq montaj edilib yayılan videoya baxa-baxa etdiyim əlavələr: (TAM video deyə bilmirəm buna, çünki naməlum hissələri kəsilib təqdim olunur)

1) Bu çıxış, qarşı tərəfə çox legitimlik vermiş oldu. Deyəcəklər, baxın, öz jurnalistiniz etiraf edib. Bunun, bu çıxışının sədaları çox yerdən gələcək hələ.

2) Osmanqızı TV-də, öz kanalında bu video artlq montaj olunub. Niyə? Canlı yayımın videosudursa, niyə kəsik-kəsik edib paylaşılır? Kəsdiyi yerlərdə nə deyilib? Mən buna canlı baxmamışam. Baxıb irad tutanlar 12:34 baxsın. Ondan əvvəl də, sonra da montaj yamaqları var. Niyə?

3) Özü deyir ki, oraya gələnlər, bilmədən bir təxribata cəlb olunublar (16:29). Yaxşı, bu təxribat nədən ibarət idi? Əks nümayiş keçirmək azərbaycanlıların haqqıdır. Oradakı azərbaycanlılar nə təxribat işlədiblər?

4) “Konsulluq deyirmi, sizi nə gözləyir?” (16:51). Konsulluğu tənqid etmişəm, ortalıqdadır. Amma konsulluq hardan bilsin ki hücum olacaq? Normalda nümayişçilər, kontr-nümayişçilərdən ayrı tutulur. Axı videonun əvvəlində özü də Türkiyə səfirliyi qarşısından kardrlar göstərib, özü də dəfələrlə oraya getdiyini deyib? Elə hallarla üzləşibmi orada?

5) 17:10 (təqribi) Deyir ki, "səfirlər, konsulluq işçiləri beynəlxalq konvensiyalar tərəfindən mühafizə olunur" və s. Bunu getsin ASALA erməni terorçu təşkilatı tərəfindən qətlə yetirilmiş Türkiyə diplomatlarına desin. 1970-ci illərdə bir sıra Türk diplomatı ASALA tərəfindən Avropada öldürülüb. Sevinc bunu bilməmiş olmaz. Bu nə məntiqdir belə?

6) 11:00. "Azərbaycan imicinin bandit, xuliqan olduğunu təsbit etməkdən ötrümü savaşdınız", deyir. Buna diqqət çəkirəm: 50 nəfər 3,000-5,000 adam tərəfindən döyülürsə, məgər, bu 50 nəfərə "bandit, xuliqan" gözü ilə baxılırmı? Kim belə baxır? Sevincmi? Azərbaycan tərəfi nə mənə, nə də ağlı başında heç kimə bandit və xuliqan kimi görünmədi axı.

7) 21:00 civarlarında Türk diplomatlarının qətlə yetirilməsini yada salıb. Özü özünü təkzib edir bu. Bir də, Sevinc, bir əsr bundan əvvəl olmayıb, google-da axtarış ver və bax.

8) 21:28 "Mən sizi inandırım ki heç erməni tərəfində belə niyyət yoxdur." Sən bilərsən, Sevinc... "Bu sivil qarşıdurmanı pozan Azərbaycan tərəfidir". Necə? Nə ilə? Kontr-protestlə? Bu nə məntiqdir belə?

9) Los Ancelesdə konsulluq var. Səfirlik, yalnız ölkənin paytaxtında olur, o da Vaşinqtondur. Yani, xüsusi dərrəkaya malik olanlar üçün: KONSULLUQ LOS ANCELESDƏ. SƏFİRLİK-VAŞİNQTONDA. Qitənin o biri tayında. Amerikada yaşayan jurnalistimiz bunu necə bilməyə bilər axı?

10) Özünü orada keçirilən tədbirin həm-təsisçisi kimi qələmə verən Turgut Əliyev ilə müsahibəmiz ortalıqda. Orada toplaşanlar, konsulluğu qorumaq üçünmü getmişdilər, yoxsa əks-nümayiş keçirmək üçün? Konsulluğu qorumaq söhbəti hardan çıxıb ortalığa? Bildim. SEVİNCİN TƏXƏYÜLÜNDƏN".

Bu kimi hiddətli və haqlı etirazlara səbəb olan çıxışlar yüz minlərlədir artıq. Bütün dünyada yaşayan və millətini, dövlətini, xalqını sevən azərbaycanlılar erməni ünsürlərinin xidmətində dayanan bu satqınları lənətləyir və onların azərbaycanlı adını daşımağa haqlarını itirdiklərini bildirirlər. Hər halda, uzun illərdir deyilənlər, yazılanlar, irəli sürülən ermənipərəstlik iddiaları əbəs deyilmiş və bizləri “çətinə düşən kimi” onları ermənipərəstlikdə suçlamağıımıza lağ edənlər indi gözlərin dörd açıb, bu faktlara daha dərindən baxsınlar.

Sonda isə demək istərdim ki, ermənipərəstliyin buynuzu-flanı olmur ki, hər şey ortada və göz önündə. Necə deyərlər, kor-kor, gör-gör...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə