“Ermənilər terrorçuluq ənənələrini yayır və ona bəraət qazandırırlar” ÖZƏL-MÜNASİBƏT
On doqquzuncu əsrin ikinci yarısından sonra ermənilər Avropada və dünyanın başqa yerlərində siyasi cəhətdən təşkilatlanmağa başladılar, hətta Daşnaqsütun özü sosial-demokrat yönümlü olmağına baxmayaraq bir qanadı əsl terrorizmlə məşğul olurdu və biz bunu iyirminci əsrin əvvəlində də xüsusilə bariz şəkildə gördük. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.
Partiya sədri qeyd edib ki, bu təşkilat qarşısına məqsəd qoyanda artıq bütün ermənilərin fikrinə təsir edən fikir olurdu hansıki, erməni istiqbalı üçün, xülya olan dənizdən-dənizə böyük Ermənistan yaratmaq üçün hər cür vasitə məqbul hesab olunur və hər cür vasitə bəraət qazanır.
“Təsadüfi deyil ki, bunların beyninə bu məsələ girdi və məhz ASALA da, sonradan yaradılan digər terror təşkilatları bu ideyanın əsasında yaradılıb. Bilirsizmi, dünyanın baxışına baxanda biz görürük ki, hərhansı islam mənşəli bir nəfər deyək ki, terror hərəkəti edən kimi bütün islam ölkələrini və islam dinini terrorla əlaqələndirirlər. Amma maraqlıdır, ermənilər terror edən kimi, bunu deyirlər ki, bunlar vətəndən məhrum olublar, öz istiqlallarını qazana bilmirlər, bunların başqa bir yolu yoxdur, ermənilərə başqa seçim imkanı vermirlər, ona görə də terrora əl atırlar. Haqq qazandırırlar. Fransada, digər Avropa ölkələrində terror törədən erməniləri hətta birbaşa məhkəmə qərarları ilə, bəzən isə məhkəmə qərarlarından sonra dövlətlər təhvil verməklə azad ediblər. Yəni, hər cəhətdən bəraət verilir ki, bu çox maraqlıdır. Mən bu məsələnin tarixinə ayrılmaq istəməzdim, vaxtilə xaç yürüşü zamanı indiki Suriya və İraq ərazisində həmin o frank mənşəli sələbçilər aclığa düşərkən əvvəl itləri kəsib yedilər, sonra da insanları diri-diri kəsib yeyirdilər. Baxmlqdılar bu ərəbdir, türkdür, yaxud kimdir. Təsəvvür edin, yepiskopları qeyd edirdilər ki, bu insan əti nə qədər ləzzətli imiş, hansıki bunun qədrini bilmirlər. Yəni həmin xaçpərəstlər, onların bugünkü nəsilləri elə bilirlər biz tarixi unuduruq. Elə bilirlər bunlar hansısa şəkildə, hər cür özlərinə bəraət verirlər. Məhz bundan qudurur ermənilər. Məhz buna görədir ki, Dağlıq Qarabağ kimi torpaqları, mübahisəli zona hesab etdikləri zonadan əlavə, yeddi rayonu işğal edib vermək istəmirlər, hələ deyirlər artığını da zəbt edəcəyik. Onları şirnikləndirənlər, arxalarında duranlar var. Dünyada əslində xristian-müsəlman savaşını edib müsəlmanları, türkləri azaltmaq istəyənlər var. Bilirsinizmi, vaxtilə Azərbaycanda Əhməd Ağaoğlu kimi, Parisdə oxumuş böyük bir ziyalı nə üçün “Difai” təşkilatını yaratdı? O gördü ki, ermənilərlə insan dilində danışmaq mümkün deyil. Gördü ki, bunlar hər cür terrora bəraət qazandırırlar. Ermənilər hər yanda Türkiyənin diplomatlarını qırırdılar. Hətta, Türk diplomatlarından əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərləri olmuş şəxslərin ovuna çıxıb qırırdılar. Məhz “Difai” təşkilatını yaratmaq ona görə çətin idi ki, bizim öz Azərbaycanımızda bu ermənilər hər zaman terrorla məşğul olublar.
Avtobus partladılması, metro partladılması yadımızdadır və daha hansı qanlı hadisələr də təsadüfi deyildi və bu hadisələri də ermənilər törədirdilər. Ona görə deyirəm ki, bu millət, ermənilər xəstədir, sağalmazdırlar. Bunlar əsrlər boyu, nəsildən-nəsilə terrorçuluq ənənələrini yayır və buna bəraət qazandırırlar. Ona görə də mən düşünürəm ki, bunları şirnikdirən qüvvələr var və ona görə də hər cür mənfurluğu qəbul edirlər. Bəli, indi azərbaycanlılar da başqa yol tapmadıqlarına görə, Rusiya və digər yerlərdə erməni ovuna çıxıblar. Mən buna bəraət qazandırmıram, amma azərbaycanlılar məcburi bu hərəkəti edirlər. Siz təsəvvür edin görün o azərbaycanlı gənci nə günə qoydu o ermənilər, özü də video çəkilişi edərək. Necə ki, Xocalıda başına müsibət gətirib video çəkib ləzzət alırdılar. Bunların əgər xalqının yazıçısı Zori Balayan türkü öldürməkdən, uşağını öldürməkdən ləzzət alıb onu tərənnüm edirsə, bu xalqdan nə gözləmək olar. Ona görə mən deyirəm ki, bunlarla barışıq yeri yoxdur. Bunlar terror meyarları ilə böyüyən bir xalqdır, bunların 95 faizi buna bəraət verir.
İndi son dövrlər bu Tovuz hadisələrindən sonra ki, bunlar bizi məhrum eləmək istəyirdi guya, hətta bu Türkiyə və Avropaya da bir təhdid idi ki, Tovuzdan neft-qaz kəmərləri keçirdi ki, buna təhlükə yaransın. Təbii ki, bunun arxasında duran qüvvələr vardı. Ermənilərin özlərinin bizim generalımızı öldürməsi özü belə terrordur. Ermənilərin kosmosda nəzarət aparatları yoxdur və onlar generalın yerini dəyişməsini bilmirdilər. Deməli, generalın yerini bunların kosmosda aparatı olan havadarları veriblər. Ona görə də mən düşünürəm ki, bizim gücümüz onlara o zaman çatar ki, iqtidar, müxalifət, bütün xalq hamımız milli məsələdə bir olaq. Hamımız bir-birimizi qoruyaq. Güc birlikdədir. Bu cür olmalıdır, yoxsa bu ermənilər o qədər dünyaya yayılıblar, o qədər özlərinə bəraət verəndirlər və özlərinə o qədər ağalar tapıblar ki, çox çətindir bu məsələni həll eləmək. Sözsüz ki, birdəfəlik erməni terrorizmi məhkum olunmalıdır, onlar ifşa olunmalıdır və səbrlə, ağılla biz məqsədlərimizə çatmalıyıq”, deyə Tahir Kərimli bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB