Ukraynada MDB Xüsusi Xidmət Orqanlarının növbəti antiterror təlim toplantısı keçiriləcək
Müstəqil Dövlətlər Birliyinin (MDB) Xüsusi Xidmət Orqanlarının növbəti antiterror təlim toplantısı Ukrayna respublikasının Donetsk şəhərində keçiriləcək. SİA-nın xəbərinə görə, bunu MDB-nin Antiterror mərkəzinin direktor müavini Molidyar Orazaliyev deyib. O, qeyd edib ki, təlim toplantısının Ukraynada keçirilməsinə əsas səbəb futbol üzrə Avropa Çempionatının orada keçirilməsidir: "Təlimlər zamanı əsasən xüsusi əhəmiyyət kəsb edən hədəflərin, insanların kütləvi toplandığı ərazilərin mühafizəsi üsulları həyata keçiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB