Quduzlaşmış işğalçı rejim xalqın hiddəti qarşısında tab gətirmir - ŞƏRH

Quduzlaşmış işğalçı rejim xalqın hiddəti qarşısında tab gətirmir - ŞƏRH

Sergey Markov: “Ermənistanın məqsədi KTMT-ni Azərbaycanla münaqişəyə cəlb etməkdir, KTMT üzvləri bu hiyləni yaxşı başa düşür”

Zaman-zaman Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən ermənilər bu gün də öz saxtakarlıqlarından əl çəkmirlər. Amma etiraf etmək lazımdır ki, saxtakarlıq yolu tutan bu xalqın cəfəng iddialarına sadəcə cavab verməklə kifayətlənmişik. İndiki Ermənistan adlı dövlətin ərazisinin tarixi Azərbaycan torpaqları olması faktını vaxtı ilə lazımınca dünya ictimaiyyətinə çatdırmamışıq. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında bu məsələyə aydınlıq gətirərək demişdir: “Tarix sübut etdi ki, hazırkı Ermənistan deyilən dövlətin ərazisi əzəli Azərbaycan torpaqlarıdır. Heç bir tarixçi, normal araşdırmaçı bunu inkar edə bilməz. Ermənilərin Azərbaycan ərazilərinə və bütövlükdə Cənubi Qafqaza gəlmə olduğu, çar Rusiyasının Qafqaza doğru istilaçılıq siyasətinin genişləndiyi vaxtlarda bu ərazidə onların heç bir dövlət qurumunun yoxluğu tarixçilər tərəfindən dəfələrlə sübuta yetirilib. Ermənilərin əsas məskənləri indiki Balkan yarımadası olub və sonralar onlar Kiçik Asiya yarımadasına gəliblər. XIX əsrin əvvəllərində Rusiyanın Qafqaza doğru genişlənməsi tədricən bu ərazilərə ermənilərin gətirilməsi, onların Azərbaycan torpaqlarında məskunlaşdırılması ilə müşayiət olunurdu”.

Erməni siyasətçiləri işğalçı olduqlarını etiraz etmirlər

Həmişə olduğu kimi, işğalçı ölkə növbəti dəfə beynəlxalq hüquq normalarını kobud və nümayişkaranə şəkildə pozaraq iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutdular. Hər dəfə olduğu kimi, bu dəfə də Azərbaycan Ordusunun gücü, Azərbaycan əsgərlərimizin əzm və rəşadəti nəticəsində təcavüzkar ölkənin təxribatı məclubiyyətə uğurradı. Ermənini nümayiş etdirdi. Və Tovuz rayonu istiqamətində baş vermiş hadisə ermənilərin məkrli siyasəti alt-üst oldu. Həmçinin, Ermənistan bu kimi təxribatçı əməlləri ilə xarici siyasətdə münaqişəyə digər dövlətləri cəlb etməklə məğlub ordusunun qoruya bilmədiyi ərazisində və işğal altında olan torpaqlarımızda "dayaq" yaratmağa çalışsa da, heç bir şeyə nail ola bilmədi.

Georgi Vanyan: “Ermənistan hakimiyyətinin iddialar əsassızdır. İşğal olunmuş ərazilər suveren Azərbaycanın torpaqlarıdır”

Erməni hüquq müdafiəçisi, Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri Georgi Vanyan məsələnin həllində Azərbaycan dövlətinin siyasətinin uğurlu olduğunu söyləyib: "Ermənistan hakimiyyətinin iddialar əsassızdır. İşğal olunmuş ərazilər suveren Azərbaycanın torpaqlarıdır və qeyri-qanuni yolla "qurulmuş" qondarma rejimin nəzarətindəki torpaqlar BMT tərəfindən tanınan Azərbaycan Respublikasının ərazisidir. Erməni xalqı artıq Paşinyanın bu iki il ərzində xalqına etdiyi bu cəlladlığa dözə bilmir. Ölkədə son günlər baş verənlər göstərir ki, daha hiddətli əsgər analarıdır ki, onlar bu hakimiyyəti belə sakit qoymayacaq”.

Seyran Saroyan: “Güclünün yanında zəif həmişə günahkardır”

Bununla yanaşı erməni saytlarının xəbərinə görə, Ermənistan rəhbərliyi itkilərin sayının dəqiq bilinməməsi üçün ordu rəhbərliyinə mətbuatla əlaqənin kəsilməsi göstərişini verib. Bu isə əsgər anaların hiddətinə səbəb olub. Məsələyə münasibət bildirən erməni deputatı, general Seyran Saroyan məsələ ilə bağlı əsas günahı baş nazir Nikol Paşinyanda görüb. O, Ermənistan ordusunun zəif olduğunu vurğulayıb: «Güclünün yanında zəif həmişə günahkardır”. Eyni zamanda, erməni mətbuatı da açıq şəkildə etiraf edir ki, son döyüşlərdə Ermənistan tərəfi o qədər itki verib ki, yaralıların yerləşdirilməsi üçün yer qalmayıb. "Armenianreport" yazır ki, Azərbaycan Müdafiə Nazirliyi şəhidlərinin sayını açıqlasa da Ermənistan Müdafiə Nazirliyi real itkiləri gizlədir və susur. "Erməni jurnalistlər məlumatları mülki vətəndaşlardan, tibb mərkəzlərindən, ölən əsgərlərin gətirildiyi kilsələrdən və ya təsadüfi şahidlərdən alırlar. Şahidlər isə dəhşətli faktlar deyirlər. Bildirirlər ki, yaralıların sayı o qədərdir ki, onları daşımaq üçün helikopterlər çatmır, avtomobillərlə daşıyırlar. Ona görə də onlar yolda ölürlər. Həkimlər çatışmır, dərmanlar yoxdur".Ümumiyyətlə, erməni mətbuatı döyüşlər başlayan gündən etibarən Ermənistan Müdfaiə Nazirliyini itkiləri gizlətməkdə, yalan məlumatlar yaymaqda günahlandırır.

“Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin”

Prezident İlham Əliyev bütün çıxışlarında və beynəlxalq səviyyəli görüşlərdə dəflərlə bildirib ki, bu təxribaptlar işğalçı Ermənistanını çirkin və məkrli siyasətidir. Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı qeyd etdiyi kimi,: “Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq. Bütün məsuliyyət Ermənistanın rəhbərliyi üzərinə düşür. Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq. Dünən günorta saatlarında və bu gün gecə düşmənə vurulmuş sarsıdıcı zərbələr bir daha onu göstərdi. Həlak olan hərbçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq. Bu çirkin əməllərə əl atmaq onların təcavüzkar siyasətinin təzahürüdür. Bu siyasəti məntiqlə izah etmək mümkün deyil. Çünki, bu siyasət olduqca ziddiyyətlidir və bu siyasət Ermənistan üçün böyük təhlükə mənbəyidir”.

Dövlət başçısı onu da bildirib ki, Ermənistan hansı formada təxribatlar edirsə etsin Azərbaycan işğalla barışmayacaq: “Çünki, mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin. Beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib və operativ vəziyyət imkan verən kimi biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrini həmin əraziyə dəvət edəcəyik, onlar öz gözləri ilə vəziyyəti görsünlər. Görsünlər ki, kim bu hərbi təxribatı törədib. Bu hərbi təxribat nəticəsində nələr baş verib və kim vəziyyətin gərginləşməsinə cavabdehlik daşıyır. Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq”.

Azərbaycan Prezidenti, Ali Baş Komandan təcavüzkar və işğalçı ölkənin rəhbərliyinə bir daha bəyanat verərək yerində oturmağı deyərək bildirdi ki, hərbiçilərimizin qisası alınıb, bundan sonra da alınacaq: “Mən bir daha demək istəyirəm ki, dünən və bu gecə düşmənə adekvat cavab verilib. Hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaqdır. Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun öz yerini göstərəcəyik”.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə