Münaqişə fonunda Ermənistanda siyasi qütbləşmə gedir XARİCİ MEDİA
"Karnegi" Beynəlxalq Sülhə Töhfə Təşkilatı Azərbaycan və Ermənistan arasında Tovuz istiqamətində baş verən hadisələrlə bağlı məqalə yayınlayıb. SİA xəbər verir ki, təşkilatın Orta Asiya və Cənubi Qafqaz regionu, Rusiya və Avrasiya üzrə təmsilçisi Pol Stronski prosesləri şərh edib.
Keçmiş Sovet dönəmindən bəri Azərbaycan və Ermənistan arasında münaqişənin olduğu, Dağlıq Qarabağ istiqamətində atəşkəsin tez-tez pozulduğu və bundan da mülki əhalinin ziyan gördüyü, Azərbaycanın uzun illər öz ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə apardığı bildirlib. Sərhəd xəttində baş verən hadisələr zamanı 1 yaşlı azərbaycanlı mülki vətəndaşın şəhid olduğu vurğulanıb.
Bu hadisələr fonunda Ermənistanda siyasi qütbləşmənin getdiyi bildirilib. Nikol Paşinyanın koronavirus pandemiyası ilə bağlı dərinləşən ölkədaxili böhranda təzyiqlərə məruz qaldığı, həmçinin Baş Nazir Paşinyanın geniş şəkildə ölkə qanunlarını lehinə istifadə etməsinin cəmiyyətdə etirazlara səbəb olacağı və bunun havadakı fırtınanın xəbərçisi olduğu əlavə edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə Türkiyənin müttəfiqi olan Azərbaycana açıq şəkildə dəstək verdiyi əks etdirilib. Rusiyanın münqişə ilə əlaqədar Xarici İşlər Nazirliyinin və onun rəhbəri Sergey Lavrovun hər iki tərəflə danışıqlar apardığı, lakin, ABŞ-ın və ölkənin yüksək rütbəli vəzifəlilərinin münaqişədə səssiz qaldığı qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB