Bu gün, 23 iyul tarixində Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Xəstəxanasında iyulun 14-də ağır yaralanan hərbçi, Artur Baqratoviç Muradyan ölüb. SİA Ermənistama məxsus mətbuat səhifələrində yayımlanan informasiyaya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, 2001-ci il təvəllüdlü ölən hərbçi, Yerevanın 1 nömrəli hərbi komissarlığı tərəfindən ordu sırlarına götürülüb. Həmçinin məlumatda qeyd olunur ki, ölən Artur Muradyan Ermənistanın şimal-şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin müdafiə sektorunda ağır yaralanıbmış. Ölən Artur Muradyanın Mərkəzi xəstəxanaya çatdırıldığı zaman vəziyyətinin ağır olduğu da bildirilir.
Qeyd olunur ki, hərbi xəstəxanadakı həkimlərin səylərinə baxmayaraq Artur Muradyanın həyatını xilas etmək mümkün olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB