"Tryapka"lar bir yerdə olanda…

AXCP sədri Əli Kərimlinin diktəsi altında "Milli Şura"ya sədrlik edən satqınlar "simvolunun" fal üzvü Cəmil Həsənli həmişə olduğu kimi, yenə də Azərbaycanın əldə etdiyi ardıcıl uğurundan yaman qaşınmaya düşüb, koronavirus onun yanında yumuşalandır. Özü də ABŞ-ın Ermənistanı işğalçı ölkə kimi tanıyandan sonra. Xəbər tutan kimi bu qoca "professor" həmin andaca başlayıb satqın Qənimət Zahidin "Azərbaycan saatı"na açıqlama verməyə. Ondan iki gün əvvəl C.Həsənli bildirirdi ki, "artıq Ermənistan Azərbaycanı küncə dirəyib, ABŞ da bunu dəstəkləyir".

Nə qədər həyasız, olasan ki, torpağına işğalçı ölkənin qəflətən etdiyi təxribatdan "zövq" alasan. Belələrini lənətləyəndə də deyirlər ki, "tərbiyyəsizlik" edirlər. Nə edək, 70 yaşında sənin kimilərin tərbiyyəsizliyini yox, vətənini, xalqını, torpağını işğal edən faşistxislətli ölkənin cinayət əməllərini "alqışlayan" "ağsaqqala", bağışlayın nə deyək, ancaq özü kim olduğunu "Milli Şura"nın "zoom" vidio "serialarında" da deyib - TRYAPKA! Burda sözüm qurtarır - buna deyirlər. C.Həsənli nə oldu, dediklərin ürəyində qaldı – artıq ABŞ Ermənistanı işğalçı ölkə kimi tanıdığını bəyan edib. Qoca vaxtında bundan sonra nə nala-mıxa vurursan? Kimin kanalında böhtanlar yağdırırsan? Hakimiyyəti şərləməklə məşğul olan Qənimət Zahidin?. Başqa cür də ola bilməz. "Bizdən olmayan bizə düşməndir" kimi ənənəvi bolşevik təfəkkürü ilə satqın və xəyanətkar Cəmil Həsənli yenə də belə etməsi heç də təəccüb doğurmur. Satqın satqının yanında olar. Onun məntiqiylə satqın olmayan yalnız özü, Əli Kərimli, bir də "Azadlıq" qəzetiymiş. Ancaq bu yerdə Cəmil Həsənliyə xatırlatmaq istərdik ki, bir zamanlar indi ünvanına böhtanlar atdığın hakimiyyətin şəninə təriflər yağdırırdın. Yəni 2010-cu ildə parlament seçkilərində kürsüsünü qorumaq üçün Cəmil Həsənli bu canfəşanlığı edirmiş.

Çünki Cəmil Həsənli elə bir iblisdir ki, istənilən vaxt Əli Kərimlini də ayaqları altına atıb, öz maraqlarını qoruyar. Deyir "qırxında öyrənən gorunda çalar". Bir də taylı-tayını tapar. Cəmil Həsənli də nə bundan sonra düzələndir, nə satqınlığından əl çəkən. Niyə də çəksin? Satqınlıq simvolu olan Əli Kərimlinin yanında olan satqın olacaq da. Bu düşüncə ilə ölkə rəhbəri olmaq iddiasına düşmüşdü. Satqınlıq Cəmil Həsənlinin həmişə peşəsi olub. Bu adam bu yaşına qədər bir neçə partiya dəyişib. 1993-cü ildə Cəmil Həsənli AMİP-də olub. Prezident Aparatında vəzifəyə təyin edildiyinə görə, AMİP-ə də xəyanət edib. Daha sonra Əli Kərimlinin "Yurd"unda yer alıb. Əli Kərimlinin Milli Məclisi boykot qərarına isə əhəmiyyət verməyən C.Həsənli 2010-cu il seçkilərində gedib oturdu parlamentdə. Bundan sonra Əli Kərimli onu partiyadan qovdu. Qovulmadan sonra kitablar nəşr etməyə başladı. Həmin kitablarında "İlham Əliyevin liderliyilə Azərbaycan Qafqazın lider dövlətinə çevrilib" yazırdı. Cəmil Həsənli elə bir adamdır ki, istənilən vaxt Əli Kərimlini də ayaqları altına atıb, öz maraqlarını qoruyar.

Bəli, bu o Cəmil Həsənlidir ki, 9 illik sədr müavinliyi etdiyi partiyanı bir mandata "satdı" və istefa verdi və vaxtilə hakimiyyətə olmazın ittihamlar irəli sürən C.Həsənli kürsünün istiliyində əriyərək muma döndü. İstədi ki, yenə də 5 il bu kürsüdə qalsın. Amma başa saldılar ki, ay bədbəxt, qalxmaq istəmədiyin kürsü səni yalnız 5 il daşıya bilər. Nəticədə mandatını itirən Həsənli yenidən keçmişinin yanına qayıtdı və 2013-cü il, prezident seçkilərində prezident olmaq sevdasilə Əli Kərimlinin "xaç atalığını" qazana bildi. Bəli, Cəmil Həsənlinin satqınlıq yolu 2015-ci il 1 noyabr parlament seçkilərinə gəlib çıxdı və yenə də satqınlıq yolunun yolçusu olduğunu bir daha göstərməyə başladı. Yenə də eyni böhtanlar çox uzun oldu... Ancaq bu faktların bəziləri bəlli olsa da, geniş ictimai rəy onlardan xəbərsiz olub və bu faktları bir daha açıqlamaqla ölkənin oxucu kütləsi kimin kim olduğunu öyrənir və öyrənməkdədir. Yaxşı olardı ki, Cəmil Həsənli heç olmasa bu qoca vaxtında ar edib, əlinə qələm almasın. Ancaq bunu ondan gözləməyə dəyməz. Çünki onun kimliyini 20 illik zaman kifayət qədər göstərib. Bir də qozbeli qəbir də düzəldər, ancaq bu illər ərzində Cəmil həsənlini heç qəbir də düzəldə bilmir.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə