Novruz Məmmədov: “Azərbaycan ərazisində terror törətmiş ermənilər bir gün ədalət məhkəməsi qarşısında cavab verəcəklər”
"Azərbaycan ərazisində terror törətmiş cinayətkarlar var ki, onların əksəriyyəti ermənilərdən ibarət təşkilatlarda toplanıblar, həmin qüvvələr bir gün ədalət məhkəməsi qarşısına çıxarılacaq və onlar əməllərinə görə cavab verəcəklər". SİA-nın verdiyi xəbərə görə, bu sözləri Azərbaycan Respublikası Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə verdiyi açıqlamasında deyib.
Azərbaycan ərazisində ermənilər tərəfindən həyata keçirilən terror hadisələrini pisləyən şöbə müdiri bildirib ki, ölkə başçısının təmas xəttində baş verən hadisələrlə bağlı tədbirlərin görülməsi barədə qəti tapşırıqlar verib. Prezidentlərin keçirdikləri görüşlərdə atəşkəs rejiminə əməl olunması barədə pazılaşma əldə olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan ərazisində təlimlər keçirir, təmas xəttinə snayperlər düzür, dinc sakinləri öldürür.
Bir neçə müddət bundan qabaq 9 yaşlı Fariz Bədəlovun erməni snayperi tərəfindən öldürülməsi hadisəsini xatırladan N.Məmmədov vurğulayıb ki, 9 yaşlı Fariz Bədəlovun ermənilər tərəfindən öldürülməsi rəsmi İrəvan üçün böyük bir biabırçılıqdır: "Lakin çox təssüf ki, Ermənistan tərəfi bu cür hadisələrdən belə ibrət dərsi almır".
Açıqlaması zamanı bu gün Fransa Senatında qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı cinayət işinin açılması barədə layihənin müzakirəsi olunacağı ilə bağlı sualı cavablandıran şöbə müdiri qeyd edib ki, o yalnız Senatın qəbul edəcəyi qərar qüvvəyə mindikdən sonra münasibət bildirə bilər: "Hələlik müzakirələr gedir, məsələ həll olunmayıb və ortada qərar yoxdursa, mənim münasibət bildirməyim düzgün olmazdı".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB