RF XİN rəhbəri Azərbaycanın və Ermənistanın Moskvadakı səfirləri ilə görüşüb

RF XİN rəhbəri Azərbaycanın və Ermənistanın Moskvadakı səfirləri ilə görüşüb

İyulun 21-də Rusiya Xarici İşlər Nazirliyinin iqamətgahında Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov, Azərbaycanın və Ermənistanın Moskvadakı səfirləri Polad Bülbüloğlu və Vardan Toqanyan birgə işçi nahar ediblər.

SİA RF XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsi, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşdirilməsi məsələləri, həmçinin Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi ilə nizamlanmasına dair səylərin fəallaşdırılması perspektivləri müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə