YAP Gənclər Birliyinin təşkil etdiyi online yay düşərgəsi öz işini davam etdirir FOTOLAR
YAP Gənclər Birliyinin birgə təşkil etdiyi ilk dəfə olaraq online formatda keçən yay düşərgəsi öz işini uğurla davam etdirir. SİA-nın verdiyi məlumata görə, iyulun 21-də yay düşərgəsinin növbəti videokonfrans formatında seminarı baş tutub. Videokonfransın moderatoru Milli Məclisin deputatı, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov yay düşərgəsinin iştirakçılarını salamlayıb, bugünki mövzunu gənclərin diqqətinə çatdırıb.
Videokonfransda Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Bahar Muradova bu tipdə yay düşərgəsinin keçirilməsini müsbət hal hesab etdiyini söyləyib, “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzunda mühazirə deyib. O, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə istər birinci, istərsə də ikinci qayıdışı dövründə Azərbaycanın müstəqilliyi, suverenliyi, rifahı və ən əsası Azərbaycançılıq ideologiyasının formalaşması istiqamətində xeyli sayda köklü işlərin görüldüyünü vurğulayıb. Ana dilimizin qorunması, vətənçilik, azərbaycançılıq terminlərinin yaranmasının, məhz, Ulu Öndərin adı ilə bağlı olduğunu qeyd edib.
Videokonfrans formatında baş tutan seminarda 200-ə yaxın gənc iştirak etmişdir. Yay düşərgəsinin iştirakçıları Ələkbər Mirzəyev, Ənvər Haqverdiyev, Aygün Kazımova, Laçın Hüseynov, Aysel Tahirova, Elvin İmaməliyev və digər gənclər mövzu ətrafnda suallar ünvanlayıblar.
Qeyd edək ki, yay düşərgəsi iyul ayının 31-nə qədər davam edəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB