“Tovuz təxribatı zamanı mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı cənab Prezidentin imzaladığı sərəncamı dövlətin hər zaman öz vətəndaşının yanında olduğunun göstəricisi hesab edirəm. Artıq sərəncamın icrasına başlanılmışdır”. Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.
Deputatın sözlərinə görə, qısa bir zamanda əhalinin zərər çəkmiş əmlakının qiymətləndirilməsi aparılaraq, vəsait ayrılaraq qısa bir zamanda düşmən təxribatının fəsadları aradan qaldıracaq: “Bu, dümən təxribatlarına baxmayaraq cəbhə bölgəsində yaşayan insanların öz doğma yurdlarında daha da möhkəm dayanmasına güc verir. Cəbhə bölgəsində yaşayan hər bir vətəndaş bilir ki, düşmən onun əmlakına hər hansı zərər yetirərsə dövlət onun yanındadır. Son illər biz belə sərəncamların imzalanmasını Aprel döyüşləri zamanı, kürün aşması və zəlzələdən zərər çəkmiş insanların evlərinin bərpasında da görmüşük. İlham Əliyev prezident seçiləndə demişdi ki, “Mən hər bir vətəndaşının prezidenti olacağam”. Hardasa bir vətəndaşımızın evi erməni təxribatından və ya təbii fəlakətdən zərər çəkirsə cənab Prezident dərhal o vətəndaşın yanında olur. Təbi ki, dövlətin atdığı belə addımlar xalqla-iqtidar birliyini gücləndirir. Xalq-iqtidar birliyinin möhkəmlənməsi müstəqilliyimizi əbədi edir, dövlətimizi gücləndirir və gələcəkdə torpaqlarımız işğaldan azad ediləndə orada da insanlarımızın qayıdaraq öz həyat şəraitinin yenidən qurulmasına yol açır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB