“Tarixdə belə anti-erməni qətnaməsi olmayıb” Suren Sarkisyan

“Tarixdə belə anti-erməni qətnaməsi olmayıb” Suren Sarkisyan

"Tarixdəki ən böyük anti-erməni qətnaməsi ABŞ Konqresinin gündəmindədir". SİA-nın məlumatına görə, bu sözləri Ermənistanın Amerika Araşdırmaları Mərkəzinin rəhbəri Suren Sarkisyan öz facebook səhifəsində yazıb.

Xəbəri Ermənistana məxsus aysor.am saytı da öz səhifəsində tirajlayıb.

Mərkəzin rəhbəri ABŞ Konqresinin Nümayəndələr Palatası Hüquq Komissiyasının 2021-ci il Milli Müdafiə Büdcə Qanununa utanc verici bir qətnamə əlavə etdiyini bildirir.

“Dövlət katibi Müdafiə Katibi ilə birlikdə Ukrayna, Gürcüstan, Moldova və Azərbaycandakı məcburi köçkünlərin vəziyyəti barədə Konqresin müvafiq komissiyalarına məruzə təqdim edir. Məruzədə aşağıdakı qiymətləndirmələr olmalıdır:

1. 1991-ci ildən bu yana qanunsuz olaraq işğal edilmiş ölkələrin ərazisindən xarici qüvvələr tərəfindən məcburi köçürülmüş Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan vətəndaşlarının sayı;
2. 1991-ci ildən bəri Ukrayna, Gürcüstan, Moldova və Azərbaycanda xarici qoşunlar tərəfindən qanunsuz işğal edilmiş ərazilərdə öldürülən vətəndaşların sayı.

Heç vaxt belə bir anti-erməni qətnaməsi olmayıb. Bu da Senatda qəbul edilərsə, digər sənədlərə, o cümlədən beynəlxalq sənədlərə daxil olma perspektivinə əhəmiyyətli dərəcədə təsir göstərən ciddi presedent və başağrısı olacaqdır. Azərbaycan lobbisi çox uğurlar qazandı”, deyə Suren Sarkisyan öz Facebook səhifəsində yazıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə