“KTMT yardım etməsə, Qərb ermənilərə heç kömək etməyəcək” ÖZƏL-ŞƏRH
Ermənistan Azərbaycan sərhəddində təxribat törətməklə KTMT-ni də bu məsələyə qatmaq istəyirlər. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.
Partiya sədrinin sözlərinə görə, ermənilər anlamırlar ki, həmin ölkələrin də kəşviyyatları, sputnikləri var və onlar təxribatı kimin törətdiyini dəqiq bilirlər.
“Ermənilər istəyirlər ki, KTMT-ni bu məsələyə qatsınlar, Azərbaycanı KTMT ilə üz-üzə qoysunlar. Lakin buna heç də nail ola bilməyəcəklər. Ermənistanda Paşinyanın vəziyyəti zəiflədikcə, onlar çoxlu sayda, ayrı-ayrı təxribatlara əl atacaqlar. Lakin bu onu xilas edə bilməyəcək. Paşinyan Ermənistanda elə bir şərait yaratmaq istəyir ki, KTMT-nin onlara kömək etmədiyini göstərsin və təklif etsin ki, ermənilər Qərbə üz tutsunlar. O, elə düşünür ki, Ermənistana KTMT yardım etməsə də Qərb yardım edəcək. Bu bir xülyadır. KTMT yardım etməsə, Qərb onlara heç kömək etməyəcək. Odur ki, Ermənistan təxribata görə lazımlı cəza almayanadək onlar bu təxribatlara əl atacaqlar. “Arxalı köpək qurd basar” prinsipinə uyğun olaraq ermənilər özlərinə arxa axtarırlar”, deyə Araz Əlizadə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB