“İşğalçı ölkəyə dünya ictimaiyyəti layiqli cavab verəcək” ÖZƏL-MÜNASİBƏT

“İşğalçı ölkəyə dünya ictimaiyyəti layiqli cavab verəcək” ÖZƏL-MÜNASİBƏT

"Sözsüz ki, hamımız bilirik ki, Ermənistan dövləti necə yaranıb və müasir Ermənistan dövlətinin ayaqda durmasına dəstək ilk güclər kimlərdir". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Maarifçi Gənclər Təşkilatının sədri Ruhiyyə Aslanova deyib.

Təşkilatın sədrinin sözlərinə görə, Ermənistan barmaqla sayılacaq qədər az ölkələrdən biridir ki, hal-hazırda xaricdə yaşayan diasporasının və təbii ki, Rusiyanın dəstəyi ilə bu gün həm iqtisadi, həm siyasi cəhətdən, həm beynəlxalq münasibətlərdə ayaqda durur.
“Ermənistan gerçəkləri gizlətmək üçün, müxtəlif daxili siyasi proseslərə təsir etmək üçün bütün iqtidarları Azərbaycanla və Türkiyə ilə münasibətləri tamam fərqli bir müstəviyə çıxarmağa çalışır və demək olar ki, Azərbaycanla olan bu münaqişəni xristian-müsəlman qarşıdurması kimi qələmə verib, xristian dünyasını öz arxasına almaq niyyətindədir. Lakin gözəl bilirik ki, Ermənistan öz xarici diasporası və Rusiyanın əlində bir oyuncaqdır. Ermənistanın Azərbaycanın təbii su hövzələrinə, hətta su anbarına nəinki bu son bəyanatı əvvəlki illərdə də davam edən işğal dövründə də Sərsəng su anbarından təsərrüfat üçün istifadə edən işğal olunmuş rayonlara yaxın rayonlara mane olmaq üçün min bir oyundan çıxır. Bəzən suyu yağış dövründə həddən ziyadə çox buraxır, quraqlıq vaxtı isə su gəlməsinin qarşısını alır. Bəzi hərbi ekspertlər, hətta beylxalq monitorinq qruplarının dediyi bu faktlar ortadadır. O cümlədən Araz çayına kimyəvi tullantıları atmaqla, Azərbaycan xalqının genofonduna, faunasına, formasına, düşüncəsinə nə qədər qeyri-insani bir münasibət bəslədiyini bilirik. Ermənistan Azərbaycanın əsas su hövzələrindən və enerji təminatında mühüm rol oynayan Mingəçevir Su Elektrik Stansiyasının bombalaması bəyənatı bir siyasi dələduzluqdur. Bu gün təəssüf ki, dünya ictimaiyyəti bunu görməzdən gəlir, bəzi ölkələr bu məsələdə müəyyən qədər susqunluq nümayiş etdirir. Ermənistan son dövrdə dünyadan təcrid olunmuş vəziyyətinə və dünyanın siyasi mərkəzdən diqqətini özünə cəlb etmək üçün, məhz Tovuz rayonunda Azərbaycan sərhədini pozur, təxribat törədir, dinc əhalini atəşə tutur. Bununla da, Şərq-Qərb dəhlizi layihəsi kimi böyük enerji, nəqliyyat layihələrinə hərbi təsir yaratmaq imkanlarının olmasını göstərməklə, hansısa qüvvələrin, belə demək mümkündürsə, diqqətini, qayğısını öz ölkəsinə cəlb etmək istəyir. Bu, Ermənistan siyasətinin xidmətidir və məncə, bütün Azərbaycanın sağlam ictimaiyyəti bunu çox gözəl bilir. Və son hadisələrdə də həm hökumətin, həm dövlətin, həm ordunun, həm də ictimaiyyətin bu məsələdə sayıqlığı, obyektiv münasibəri və sevindirici haldır ki, bəzi ölkələrin də bu məsələdə Azərbaycanın haqq səsinə səs verməsi Ermənistanın çox ümid bəslədiyi ölkələr tərəfindən də dəstəklənmədiyini ortaya qoyur. Güman edirəm ki, Ermənistanın apardığı bu tip xarici siyasət gec-tez puç olacaq və Qafqaz üçün problem olan Ermənistana, bu işğalçı ölkəyə dünya ictimaiyyəti layiqli cavab verəcək. Əgər dünya ictimaiyyətinə bu cavab verilməsə, onda Azərbaycan xalqı, ordusu və dövləti verəcək", deyə Ruhiyyə Aslanova bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə