İranın beynəlxalq münasibətlər üzrə mütəxəssisi Fərzad Səmədli rəsmi Tehranın Azərbaycana olan münasibətini tənqid edib. SİA "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, onun sözlərinə görə rəsmi İran artıq 40 ildən çoxdur ki, Ermənistana yaxın, lakin, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar isə Azərbaycana qarşı laqeyd mövqedə durur.
Fərzad Səmədli bildirib ki, 1981-ci ildə vəzifəyə gələn və 16 ildir Xarici İşlər naziri vəzifəsini icra edən Əli Əkbərdən sonra İran siyasi rəhbərliyi Ermənistana daha yaxın münasibət bəsləyir. O əlavə edib ki, bu yalnız İran dövlətinin siyasətidir.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İranın dövlət siyasətinin milli maraqları nəzərə almadan həyata keçirildiyini deyən Fərzad Səmədli vurğulayıb ki, ən çox İran xalqı bu vəziyyətdən əziyyət çəkir.
O qeyd edib ki, İran Ermənistanın işğal edilmiş Dağlıq Qarabağ ərazilərindən çıxması üçün Türkiyə və Pakistan kimi səy göstərməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB