“Həm hərbçilərimizin dəfnində, həm də iyulun 14-də axşam saatlarında insanların Bakıda küçələrə axışması şəhidlərimizin ruhuna göstərilən hörmət, eyni zamanda Ali Baş Komandanımıza və Milli Ordumuza dəstəyin bariz nümunəsidir”. Bunu SİA-ya millət vəkili Cavid Osmanov deyib.
Deputat aksiya zamanı kiçik qrupun təxribatının, sosial media üzərindən qeyri-obyektiv, ictimai rəyi çaşdırmağa hesablanmış məlumatlar yayılmasının bağışlanmaz olduğunu dilə gətirib: "Aksiya zamanı kiçik qrupun təxribatı bağışlanmazdır. Çünki, belə bir vətənpərvərlik, orduya dəstək aksiyasının mahiyyətini dəyişməyə cəhd göstərmək düşmən dəyirmanına su tökməkdir. Təbii ki, burada ermənipərəst dairələrin, anti-azərbaycançı mərkəzlərin və onların əlaltısı olan "beşinci kolon”un birbaşa rolu var. Artıq təxribat törətməyə cəhd edənlərin bir hissəsi həbs olunub. Onlar arasında Əli Kərimlinin müşaviri Asif Yusifli də var. Bu, heç də təsadüfi deyil. Xarici dairələrin və ermənipərəst qüvvələrin tapşırığını yerinə yetirən Əli Kərimli və ətrafındakılar həmin gecə də öz fəaliyyətlərindən geri qalmadılar. Onlar xalq, dövlət üçün həssas bir dönəmdə öz çirkin əməllərini həyata keçirməyə çalışdılar. Bu bir daha göstərir ki, radikal müxalifət təmsilçiləri, xaricdən onlara dəstək verən bəzi şəxslər üçün xalq, müstəqillik, dövlətçilik, ərazi bütövlüyü heç bir əhəmiyyət daşımır. Onlar sadəcə bu amillərdən istifadə edərək xaricdəki ağalarının əmirlərini yerinə yetirirlər. Bu, təəssüf doğurur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB